Paşinyan yenidən KTMT-ni ittiham etdi Dünya

Paşinyan yenidən KTMT-ni ittiham etdi

"Bu gün biz elə bir vəziyyətdəyik ki, KTMT-nin fəaliyyətindən müəyyən məyusluq var. Çünki KTMT Ermənistanın öz təhlükəsizliyini təmin etməli olduğu əsas mexanizmdir. Lakin 2021-ci ilin may və noyabrında və 2022-ci ilin sentyabrında... KTMT-nin yersiz cavabı ilk növbədə Ermənistan xalqında müəyyən məyusluq yaratdı, çünki KTMT-nin etibarlı təhlükəsizlik mexanizmi olduğuna inam var idi".

Trend xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan Çexiyanın “CNN.Prima” nəşrinə müsahibəsində bildirib.

Ermənistan baş naziri Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə bağlı daha sonra bildirib:

"Bu səbəbdən KTMT-nin İrəvanda keçirilən sammitində biz bir sıra fundamental sənədlərin təsdiqini mümkün hesab etmədik. Bu həm də Təşkilata ziyan vurur, çünki qeyd etdiyim tarixlərdə Ermənistanın başına gələnlər ilk növbədə KTMT-nin nüfuzuna zərbə vurur. Yəni bunun Təşkilatın özü üçün müəyyən nəticələri olacaq".