“Moskva ilə Pekin arasında işçi qrup formalaşacaq” Dünya

“Moskva ilə Pekin arasında işçi qrup formalaşacaq”

“Rusiya Akrtikada hərbi varlığını gücləndirib. Rusiya prezidenti Vladimir Putin ölkəsinin Akrtikada müxtəlif layihələr həyata keçirəcəyinin anonsunu verib”. ”. Xalqcəbhəsi.az xəbər verir ki bunu politoloq Elxan Şahinoğlu deyib. O, bildirib ki, Putin bununla bağlı strategiyanı 2020-ci ildə təsdiq edib: “Rusiya Aktikanı pilotsuz uçuş aparatlarının çəkilişləri vasitəsilə nəzarətdə saxlamağa çalışır. Dronlar Rusiyanın hərbi gəmilərindən havaya qaldırılır. Rusiya Aktikada üzə bilən atom buzqıran gəmilərinin sayını artırmağa da qərar verib.
Beləliklə, Rusiya Aktika qitəsində NATO ilə mübarizəyə hazırlaşır. Moskva bu məqsədlə Pekinə əməkdaşlıq təklifi edib. Çin Rusiya ilə Arktikada əməkdaşlıq etməyə hazırdır. Bu barədə Pekində keçirilən “bir kəmər, bir yol” forumda müzakirələr aparılıb. Moskvanın Pekinlə Akrtikada əməkdaşlığının iki əsas məqsədi var.
Birincisi, Moskva bununla Vaşinqtona və NATO-ya mesaj göndərib ki, Rusiya Qərbə qarşı mübarizədə tək deyil, hər yerdə olduğu kimi Artkikada da Çinlə əməkdaşlıq edir.
İkincisi, Moskva Pekini Arktikaya cəlb etməklə “bir kəmər, bir yol” layisənin bir istiqamətinin Şimal Buzlu Okeana yönəlməsinə çalışır. Bununla bağlı Moskva ilə Pekin arasında işçi qrup formalaşacaq. Moskva iddia edir ki, şimal istiqaməti daha ucuz və məsafəsi az olandır.
Reallıq isə fərqlidir. Avropa dövlətləri Çin məhsullarını Arktika üzərindən qəbul etməyə hazır deyillər. Arktikada lazımi infrastruktur mövcud deyil. Çinin özü də hansı istiqamətlərə üstünlük verəcəyini hələ tam müəyyənləşdirməyib, “bir kəmər, bir yol”un müxtəlif istiqamətləri mövcuddur, ancaq heç biri tam gücüylə işləmir”.