Makron iki pilotun öldüyünü təsdiqləyib Dünya

Makron iki pilotun öldüyünü təsdiqləyib

Fransa prezidenti Emmanuel Makron avqustun 14-də baş vermiş "Rafale" qırıcı təyyarəsinin toqquşması nəticəsində iki pilotun öldüyünü təsdiqləyib.

“Biz dərin kədər hissi ilə kapitan Sebastien Mabire və leytenant Mathis Laurensin "Rafale" təyyarəsində təlim uçuşu zamanı təyyarə qəzası nəticəsində həlak olduqlarını öyrəndik”, - dövlət başçısı X (keçmiş Twitter) yazıb.

O, həlak olan pilotların ailələrinə və həmkarlarına başsağlığı verib.

Bundan əvvəl Fransanın Silahlı Qüvvələr naziri Sebastien Lecornu təlim uçuşu zamanı ölkənin şimal-şərqindəki Mert və Mozel departamenti üzərində havada iki döyüş təyyarəsinin toqquşduğunu bildirib. Hadisə nəticəsində qırıcılardan birinin pilotu havaya qalxa bilib və vaxtında gələn axtarış qrupu tərəfindən xilas edilib. Çərşənbə axşamı axşama qədər ikinci təyyarədə olan təlimatçı və pilotun taleyi barədə məlumat verilməyib.

Cavid