ABŞ-ın Ankaraya xəbərdarlıq mesajı Dünya

ABŞ-ın Ankaraya xəbərdarlıq mesajı

Amerikalı general Stefen Tovnsendin Rusiyanı Əl Babda ABŞ-ın dəstəklədiyi qüvvələri hədəf almaqda ittiham etməsi əslində Ankaraya verilən mesajdır. Bu sözləri rusiyalı politoloq Yevgeni Yeqorçenkov deyib. Ekspert ABŞ senatı Con Makkeynin Suriya və Türkiyə səfərləri ilə bağlı diqqətçəkən məqamları açıqlayıb: "ABŞ-ın senatoru Makkeyn yaxın keçmişdə Suriyanın şimalına səfər etdi. O, Suriya Demokratik Qüvvələri (SDQ) ilə görüşdü. Daha sonra Ankaraya gələn Makkeyn burada yüksək rütbəli hərbi nümayəndələrlə müzakirə apardı. Anlaşılan odur ki, Ankarada ABŞ-ın Suriyadakı müvəqqəti müttəfiqləri ilə münasibətləri müzakirə edilib. Makkeynin Türkiyə ilə razılığa gəlmədiyi görünür".
Yeqorçenkov onu da əlavə edib ki, Vaşinqton belə açıqlama yaymaqla Türkiyəyə müəyyən xəbərdarlıq mesajı yollayır. Qeyd edək ki, amerikalı general Stefen Tovnsend Rusiyanın Suriyanın Əl Bab şəhərində ABŞ-ın dəstəklədiyi qüvvələri vurduğunu bildirmişdi.