Böyük Britaniya ilə müxtəlif iqtisadi sahələrdə birgə fəaliyyətin təşviqi müzakirə edilib
Rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiya təsdiqlənib
Biznesin İnkişafı Fondu ASC-yə çevrilib, nizamnaməsi təsdiq edilib
Orta müddətli dövrdə dövlət mülkiyyətində saxlanılacaq müəssisələrin siyahısı dəyişib
“Yüksəliş” müsabiqəsinin 2026-cı ildə keçirilməsinə bir milyon manat ayrılıb
11 Dekabr 2024 08:35
2 345
ABŞ dövlət katibi Entoni Blinken Suriyaya humanitar yardımın çatdırılmasını asanlaşdırmaqla yanaşı, ölkənin terrorçuların tramplininə çevrilməsinin qarşısını almağın da zəruri olduğunu hesab edir.
O, bu mövqeyini İordaniya, Qətər və BƏƏ-nin XİN rəhbərləri ilə ilə telefon danışıqları zamanı açıqlayıb.
Blinken ölkənin terrorçular üçün baza və ya Suriyanın qonşu ölkələr üçün təhdid halına gəlməsinin qarşısının alınması lazım olduğunu deyib.
Dövlət katibi həmçinin ölkədə kimyəvi silah ehtiyatlarının təhlükəsizliyinin təmin edilməsi və məhv edilməsinin zəruriliyini vurğulayıb.
Bundan başqa o qeyd edib ki, Suriyadakı bütün silahlı müxalif qruplar siyasi prosesdə iştirak edə bilməlidirlər.