İslam dünyasında yeni güclü ittifaq formalaşır
16 Yanvar 21:29
16 Yanvar 21:29
16 Yanvar 20:47
16 Yanvar 17:35
16 Yanvar 17:06
17 İyul 2025 08:26
2 191
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi yazılı açıqlama yayaraq İsrailin Suriyadakı hücumları ən sərt şəkildə qınadıqlarını bildirib.
İ.Bekayi, İsrailin Suriyadakı hücumlarında ictimai binaları hədəf alaraq işğalını davam etdirdiyini vurğulayıb: “Bu gün hamı açıq şəkildə sionist rejimin bölgədəki sülh və sabitliyə yönəlik ən böyük təhlükə olduğunu və bu rejimin ABŞ ilə Almaniya, İngiltərə və Fransa başda olmaqla bir sıra digər Qərb ölkələrin silah və siyasi dəstəyindən faydalanaraq beynəlxalq sülh və təhlükəsizliyə misli görünməmiş təhlükə yaratdığını açıq şəkildə görüb”.
O, İsrailin Qəzzada törətdiyi soyqırım və cinayətlərə qarşı hərəkətsizliyin Təl-Əvivin bölgədəki təcavüzünü artırmasına yol açdığını deyib. İ.Bekayi həmçinin İƏT və BMT-ni İsrailin regionda bu hərəkətlərini dayandırmaq üçün dərhal və effektiv tədbirlər görməyə çağırıb.