15:52
1 351
Hakim "Gürcü Arzusu - Demokratik Gürcüstan" partiyası Konstitusiya Məhkəməsinə müraciət edərək, keçmiş Gürcüstan prezidenti Mixail Saakaşvilinin təsis etdiyi Vahid Milli Hərəkat da daxil olmaqla üç siyasi partiyanın konstitusiyaya zidd elan edilməsini istəyib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə brifinqdə parlamentin spikeri Şalva Papuaşvili məlumat verib. “Hesab edirik ki, vətəndaşların “Birlik – Milli Hərəkat” siyasi birliyi, “Dəyişiklik üçün
Koalisiya – Qvaramiya, Melia, Girçi, Droa” vətəndaşların siyasi birliyi və “Güclü Gürcüstan – Xalq üçün, Azadlıq naminə” vətəndaşların siyasi birliyi konstitusiyaya zidd elan edilməlidir”, - Papuaşvili bildirib.
Papuaşvili bildirib ki, hakim partiya parlament prosedurlarını başa vurduqdan sonra Konstitusiya Məhkəməsinə müvafiq iddia qaldıracaq. “Prosedurla bağlı bu iddia indi ilk olaraq parlamentin prosessual komitəsinə veriləcək və imzaların həqiqiliyini yoxlayacaq”. Bundan sonra Konstitusiya Məhkəməsinə göndərəcəyik. Bu gün bunun baş verəcəyini düşünmürəm”, - Papuaşvili bildirib.
Məryəm Quliyeva