12:58
700
“Oreşnik” raket kompleksi artıq Belarus ərazisində döyüş növbəsinə başlayıb.
APA xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko xalqa və parlamentə ünvanladığı müraciət zamanı bildirib.
Belarus lideri onu da qeyd edib ki, respublikada taktiki nüvə silahları da yerləşdirilib.
Qeyd edək ki, "Oreşnik" yüksək dəqiqlikli silah olmaqla, bütün Avropada hədəfləri vurmağa qadir mobil yer kompleksidir. “Oreşnik” raketləri hədəflərə 10 Max sürətilə hücum edir. Bu saniyədə 2,5-3 km deməkdir. Hazırda dünyada "Oreşnik"in qarşısını almaq üçün heç bir vasitənin, hava hücumundan müdafiə sisiteminin olmadığı bildirilir.