Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_d/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_c/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_2/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_8/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_5/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_7/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_0/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_9/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_e/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_3/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_a/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_4/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_6/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_f/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_b/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642
Ukraynanın şərqində qanlı döyüşlər

Ukraynanın şərqində qanlı döyüşlər Dünya

Ukraynanın şərqində qanlı döyüşlər

Hərbi aviasiyanın cəlb olunduğu antiterror əməliyyatlarında 200 rus separatçısı öldürülüb
Terrorçular isə ağ bayraqla Ukrayna yaralı hərbçilərini daşıyan maşını raketlə vurublar, 35 nəfər ölüb, 15 nəfər isə yaralanıb

Cavid

Ukraynada prezident seçkiləri bitər-bitməz yenidən döyüşlər şiddətlənib. Ölkənin cənub-şərqində döyüşlər davam edir. Bölgədən hər gün ölüm xəbərləri gəlir. Rusiyameylli qüvvələrlə Ukrayna ordusu əsgərləri arasında gedən döyüşlərdə tərəflər xeyli sayda itkilər veriblər.
Son məlumatlara görə, Ukraynanın Donetsk vilayətində yaralıları daşıyan avtomobil raketlə vurulub.
Bu barədə Donbass qubernatoru Pavel Qubaryev Facebook səhifəsində yazıb. Onun bildirdiyinə görə, yaralıları daşıyan maşının vurulması nəticəsində 35 nəfər ölüb, 15 nəfər isə yaralanıb.
"Separatçılar Donetsk vilayətində strateji körpülərdən birini nəzarət altında saxlayır. Körpüdə hərəkət edən bütün maşınları minomyotlar vasitəsilə vururlar. Ukrayna ordusunun "Vostok" batalyonuna məxsus maşın yaralıları daşıyarkən körpüdə vurulub. 35 nəfər ölüb, 15 nəfər yaralanıb", Pavel Qubaryev bildirib.
Donetskdə keçirilən antiterror əməliyyatında rus separatçıları da ciddi itki veriblər. Ukrayna Antiterror Mərkəzinin mətbuat zabiti Aleksey Dmitraşkovski Donetskdə azı 200 terrorçunun öldürüldüyü barədə rəsmi açıqlama yayıb.
A. Dmitraşkovski deyib ki, "Donetsk Xalq Respubikası" adlanan qurumun silahlıları təslim olmasalar, əməliyyat bütün terrorçuların məhvinə qədər davam edəcək: "Onların itkiləri barədə hələlik dəqiq məlumat yoxdur, lakin ölənlərin sayı 200-dən az deyil. İstintaq qrupu işi davam etdirir və dəqiq məlumatlar axşam bəlli olacaq".
Xatırladaq ki, Ukrayna ordusu mayın 26-da hərbi aviasiyanın iştirakı ilə Donetsk hava limanı və ətrafında antiterror əməliyyatı keçirib.
Mariupolda "Donetsk Xalq Respublikası"nın qərargahının yerləşdiyi ərazidə də atışma gedib. Şahidlər atışmanın böyuk kalibrli silahlardan atıldığını bildirib.
"Mariupolda Qreçeskdə yerləşən "DXR" qərargahı ərazisində atışma gedib. "Spartak" mehmanxanasının yaxınlığında, həmçinin Lenin prospektinin Ticarət və Nikolayevlə kəsişməsində iriçaplı silahlardan istifadə olunub.
Slavyanskda da terrorçular yaşayış binalarından əhaliyə güllə atıblar. Atışma nəticəsində yaralanan və həlak olan var. Şahidlərin bildirdiyinə görə güllə yarası alan Slavyansk sakinlərindən biri həlak olub.
Şahidlərin məlumatına görə, terrorçular karxananın ərazisindən Ukrayna hərbçilərinin mövqelərini artilleriya atəşinə tutub.
Ukrayna ordusu Donetskin "Putilovskiy" körpüsünü separatçılardan azad edərək, onları şəhərin mərkəzinə doğru sıxışdırıb.
Donetskin Kolinski rayonunda isə separatçılar 96 nömrəli məktəbə basqın ediblər. Onlar öz yaralı əsgərlərini məktəbə gətirərək, onları orada yerləşdiriblər. Məktəb rəhbərliyi dərhal şagirdləri təhsil müəssəsindən evakuasiya edib.
Dünən və srağagün Ukrayna Təhlükəsizlik Xidməti xüsusi əməliyatlar nəticəsində rusiyameyilli terrorçulara məxsus xeyli sayda silah-sursat ələ keçirib.
Separatçılar bu silahlarla terror aksiyaları törətməyi planlaşdırıblarmış. UTX əməkdaşları xeyli sayda avtomat, pulemyot, qumbaraatanlar və iri həcidə döyüş sursatını müsadirə edib. Ukrayna Təhlükəsizlik xidmətinin mətbuat mərkəzinin xəbərində qanunsuz silahların Zaporojye vilayətinin Berdyanski rayonuna Krımdan dəniz yolu ilə göndərildiyi bildirilir.
Silahla yuklənmiş 73 yeşik terrorçulara işğal edilmiş Krım ərazisindən dəniz yolu ilə çatdırılıb. Terrorçularla məxsus gizli yerin axtarışı zamanı güc strukturlarının əməkdaşları 88 ədəd AK 74 avtomatı, 5 RPK-74 pulemyotu, 3 ədəd PKM pulemyotu, RPQ-22-in 24 qumbaraatanı, RQD-ın 918 qumbarası, 20880 patronu aşkar edərək götürüblər. Əməliyyatın gedişatında cinayətkarlar müqavimət göstəribilər. Ukraynanın üç vətəndaşı saxlanıb. Onların arasında özünü Mariupol şəhərinin "başçısı" elan etmiş Denis Kuzmenkonun üç dəfə mühakimə olunmuş qardaşı da var.
Dünən isə Rusiyadan Ukrayna sərhədinə döyüşçülərlə dolu təxminən 40 yük maşını hərəkət edib. Bu haqda "İnformasiya müqaviməti" qrupunun koordinatoru, Ukrayna hərbi-siyasi tədqiqatlar mərkəzinin rəhbəri Dmitri Timçuk öz Facebook səhifəsində yazıb. Dmitri Timçuk Ukraynanın sərhədində yerləşən "Dmitrovka" buraxılış məntəqəsinə Rusiyadan silahlılarla dolu 40 KAMAZ yük maşınının yaxınlaşdığını qeyd edib.
Ukrayna Dövlət Sərhəd Xidməti məlumatı təsdiqləyib. Dövlət Sərhəd Xidmətindən bildiriblər ki, gecə saat 03.40-da karvan dövlət sərhədini keçib. Ukrayna sərhədçiləri onları atəşlə qarşılayıb və döyüş başlayıb. Buna baxmayaraq, pozucuların bir hissəsi Luqansk vilayətinin Antrasit rayonu istiqamətində Ukraynanın içərilərinə daxil ola biliblər.
Sərhədçilər 1 mikroavtobus və 2 minik avtomobilini ələ keçiriblər. Avtomobillər "Kalaşnikov" avtomatları, RPQ (tank əleyhinə qumbara) və partlayıcı maddələrlə dolu olub.
Qeyd edək ki, Ukraynanın şərqində fəaliyyət göstərən silahlı separatçı qrupların tərkibində xeyli sayda Rusiya vətəndaşının olduğu bildirilir. Hətta onların arasında Ramzan Kadırovun göndərdiyi çeçenlərin də olduğu barədə məlumatlar var.
Döyüş əməliyyatlarının qızışdığı bir vaxtda Ukraynanın yeni seçilən prezidenti Pyotr Poroşenko Türkiyənin TRT kanalına verdiyi müsahibədə Krımla bağlı açıqlama verib. O, Krımda yaşayan türklərin hazırda vəziyyətinin qənaətbəxş olmadığını bildirib: "Separatçı qurum Krım türklərinə qarşı ayrı-seçkilik etməkdədir. Seçkidən öncə və elə indi də Krımda yaşayan türklərin iş yerlərindən qovulması, onlara təzyiq olunması barədə xəbərlər almaqdayıq. Bizim hakimiyyətimiz Ukraynanın bütün vətəndaşlarına bərabər hüquqlar tanıyır. Mənim prezident kimi əsas məqsədim Krımı azad etmək və orada yaşayan türklərin hüquqlarının təmini olacaq".
Rusiyanın təcavüzkar siyasətinə etiraz olaraq Ukrayna artıq Müstəqil Dövlətlər Birliyindən (MDB) çıxmaqla bağlı prosesə start verib. Bunu Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Andrey Parubiy deyib. Onun sözlərinə görə, Milli Təhlükəsizlik və Müdafiə Şurası təkcə MDB-də sədrliyə son qoymaq yox, həm də bu qurumdan çıxmaq üçün prosesin başlanması ilə bağlı qərar qəbul edib.
Xatırladaq ki, Ukrayna martın 19-da MDB-də sədrlikdən imtina haqda qərar qəbul edib.
Bu arada Çernoqoriya, İslandiya, Norveç, Albaniya və Lixtenşteyn Avropa Birliyinin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyanı dəstəkləyən ölkələr siyahısına qoşulublar.
Bu barədə Avropa Birliyinin (AB) diplomatiyasının başçısı Ketrin Eştonun adından yayılmış məlumatda bildirlir.
Çernoqoriya və İslandiya AB-yə üzvlüyə namizəd ölkələrdir, Albaniya potensial namizəddir, Norveç və Lixtenşteyn isə Avropa iqtisadi zonasının və Avropa azad ticarət assosiasiyasının üzvüdür.
Bu dövlətlər AB-nin qara siyahısına düşmüş Rusiya məmurlarına, iş adamlarına və şirkətlərinə qarşı viza və iqtisadi məhdudiyyətlər tətbiq edilməsi barədə elan veriblər.
Qeyd edək ki, Avropadan Ukraynaya növbəti dəstək də gəlib. Belə ki, Ukrayna Rusiyaya 2 milyard dollar dəyərində olan qaz borcunun bir hissəsini ödəyə bilər. Bunu Avropa Komissiyasının energetika məsələləri üzrə komissarı Günter Ottinger deyib.
O, bununla bağlı 29 mayda razılaşma ola biləcəyi anonsunu verib. Avropa Komissiyasının rəsmisinin sözlərinə görə Kiyev məbləği ödəməyə razı olacaqsa, Ukrayna iyun ayının 7-də qaz borcunun 500 milyon dollarını verəcək.
G.Öttinger tərəflərin qazın qiyməti haqqında razılığa gələ bilmədiyini də vurğulayıb: "Amma biz danışıqlarda irəliləyişə nail olmuşuq".
Qeyd edək ki, Ukraynanın mart ayına qədər Rusiyaya olan qaz borcu 2.2 milyard dollar idi. Aprel ayının sonlarında isə bu rəqəm təxminən 3.5 milyard dollara qədər yüksəlib.