11:48
665
Nigeriyanın Kvara əyalətində silahlı qrupların mülki şəxsləri hədəf aldığı hücum nəticəsində ölənlərin sayı 170-ə çatıb.
Xalqcebhesi.az-ın məlumatına görə, Kvara Əyalət Məclisi deputatı Saidu Baba Ahmed "AA" müxbirinə açıqlamasında bildirib ki, ölənlərin sayı 170-ə yüksəlib.
Ahmed deyib:“Əlimdə olan məlumata görə, ölənlərin sayı 170-dir. Bu səbəbdən əhali hələ də kolluqlarda daha çox cəsəd axtarır. 35 qadın qaçırılıb. Sağ qalanlar isə kolluqlara sığınıb.”
Kvara qubernatoru Abdulrahman Abdulrazaq bildirib ki, Prezident Bola Ahmed Tinubu hücum edənlərə qarşı “Savannah Shield Operasiyası” çərçivəsində bir ordu taburunun dərhal yerləşdirilməsini təsdiqləyib.
Kvara Mərkəzi Senatoru Saliu Mustapha yazılı açıqlamasında bildirib ki, silahlı qrup dünən gecə əyalətin Voro və Nuku bölgələrində hücumlar təşkil edib.
Qeyd edək ki, Nigeriya uzun müddətdir ölkənin müxtəlif bölgələrində silahlı dəstələr, eləcə də Boko Haram və DEAŞ-ın Qərbi Afrika qolu ISWAP tərəfindən hücumlarla üzləşir.
Məryəm Quliyeva