10 İyun 11:16
1 743
Amerika Birləşmiş Ştatları yaxın həftələr ərzində Polşadakı hərbi kontingentinin sayının artırılması barədə qərar qəbul edə bilər.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə respublikanın müdafiə naziri Vladislav Kosinyak-Kamış "Rzeczpospolita" qəzetinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, ABŞ-ın Polşadakı kontingentinin sayı ilə bağlı Pentaqonla danışıqlar davam edir. Müdafiə Nazirliyinin rəhbəri qeyd edib ki, Polşa tərəfi Amerikanın hərbi və diplomatik nümayəndələri ilə daimi təmas saxlayır. "Qərar, yəqin ki, daha tez qəbul olunacaq. Bir neçə və ya bir neçə on həftə ərzində planlaşdırma prosesi başa çatacaq", — deyə Kosinyak-Kamış müddətlərlə bağlı suala cavab verərkən bildirib.
Nazir əlavə edib ki, hazırda ABŞ Avropadakı hərbi varlığına yenidən baxır. Onun sözlərinə görə, Varşava yekun qərarlar qəbul edilərkən Polşanın mövqeyinin nəzərə alınacağına ümid edir.
Məryəm Quliyeva