Trampın reytinqi yenidən düşdü Dünya

Trampın reytinqi yenidən düşdü

Keçirilən sorğu nəticəsində məlum olub ki, amerikalıların yalnız 35%-i Donald Trampı prezident kürsüsündə görmək istəyir. Bu barədə CNN telekanalı açıqladığı sosial sorğunun nəticələrini elan edib. Onun reytinqinin düşməsinə səbəb fevralın 14-də Florida məktəbində baş verən qətliamdır. Trampın bu reytinq göstəriciləri keçən ilin dekabrındakı göstəricilərlə üst-üstə düşür. Yanvarda onu reytinqi 40% olub. Lakin, bir ay keçmədi ki, ABŞ rəhbərinin reytinqi yenindən çox aşağı səviyyəyə düşüb.
Sorğunun nəticələrinə görə respondentlərin 54%-i Trampın silahlara nəzarətlə bağlı siyasəti ilə razı deyillər. Bununla birgə sorğuda iştirak edənlərin 70%-i silahlara nəzarət haqqında qanunun sərtləşdirilməsinin tərəfdarıdırlar. Bu telekanalın 1993-cü ildən bəri keçirdiyi sorğular içərisində ən böyük göstəricidir. Siyasi partiya üzvlərindən respublikaçıların 80%-i, demokratların isə 5%-i Trampın fəaliyyəti ilə razıdırlar. Qeyd edək ki, sorğu 20-23 fevralda min nəfər amerikalı arasında keçirilib.