Fransa parlamenti iğtişaşların araşdırılmasını ilin sonunadək bitirmək istəyir Gündəm

Fransa parlamenti iğtişaşların araşdırılmasını ilin sonunadək bitirmək istəyir

Fransa parlamentinin kütləvi iğtişaşların səbəblərini araşdıran komissiyası ilin sonunadək işin nəticələrini təqdim etməyi planlaşdırır.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Fransanın Milli Assambleyasının (parlamentin aşağı palatası) sədri Yael Bron-Pive "France Inter" radiosunun efirində bildirib.

"Araşdırma komissiyasının məqsədi hakimiyyətin etirazların miqyasını qiymətləndirərkən harada səhvə yol verdiyini öyrənməkdir. Vəziyyət sosial şəbəkələr səviyyəsində də təhlil olunmalıdır. Bəzi hallarda xarici müdaxilənin olduğu bildirilir və bu da yoxlanılmalıdır. İstərdik ki, komissiya öz vəzifələrini kifayət qədər tez yerinə yetirsin və ilin sonunadək yekun nəticələri əldə edək", - deyə spiker vurğulayıb.

Məryəm Quliyeva