14:26
301
İlk İsveç istehsalı olan "Gripen" qırıcılarının 2027-ci ilin yanvar ayının əvvəlində Ukraynaya təhvil verilməsi planlaşdırılır.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə İsveçin müdafiə naziri vəzifəsini icra edən Pol Yonson Brüsseldə həmkarları ilə görüşdən əvvəl bildirib.
Xatırladaq ki, iyul ayında İsveçin Baş naziri Ulf Kristersson Ankarada keçirilən NATO sammitindən əvvəl ölkəsinin Ukraynaya hərbi yardım çərçivəsində 16 ədəd "Gripen C/D" qırıcısı verəcəyini, həmçinin müqavilə əsasında 16 ədəd "Gripen E" təyyarəsi tədarük edəcəyini təsdiqləmişdi.
İsveçin "Saab" şirkətinin izahına görə, qurum iyunun 30-da İsveç Müdafiə Texnikası İdarəsi ilə Ukrayna üçün 16 ədəd "Gripen E" qırıcısının tədarükünə dair müqavilə imzalayıb. Sifarişin dəyəri təxminən 2,54 milyard dollar təşkil edir. 2026-cı ilin üçüncü rübündə rəsmiləşdirilən müqavilə üzrə tədarüklər 2029–2030-cu illərə planlaşdırılıb.
Məryəm Quliyeva