15:48
210
Qətərli vasitəçilər ABŞ və İran arasında təmasları davam etdirirlər. Danışıqların gündəliyinə Hörmüz boğazında gəmiçilik azadlığının təmin edilməsi məsələsi də daxil edilib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Məcid bin Məhəmməd əl-Ənsari bildirib.
"Biz danışıqlarla bağlı KİV-də yayılan xəbərləri şərh etmirik, lakin təsdiqləyə bilərəm ki, Qətər hazırda danışıqlar prosesində iştirak edir və biz bütün tərəflərlə səylərimizi davam etdiririk", – deyə o, brifinqdə İranın dialoq üçün ilkin şərtlər irəli sürməsi ilə bağlı sualı cavablandırarkən söyləyib.
Diplomat vurğulayıb ki, gəmiçiliyin təhlükəsizliyi məsələsi danışıqlar prosesinin bir hissəsidir.
"Bu dosye, əlbəttə ki, vasitəçilik çərçivəsinə daxil edilib. Biz aydın şəkildə bəyan etmişik ki, hərtərəfli razılaşmanın əldə olunmasına şərait yaratmaq üçün ilk növbədə Hörmüz boğazında gəmiçilik azadlığını bərpa etmək, danışıqlar masasına qayıtmaq və təhlükəsizlik sahəsində bütün tərəflərin narahatlıqlarını müzakirə etmək lazımdır", – deyə əl-Ənsari qeyd edib.
Məryəm Quliyeva