
"Rusiya tanklarının Ukrayna sərhədindən keçməsi faktı təsdiqlənsə, ciddi nəticələr olacaq"
Vaşinqtonda Rusiya tanklarının Ukrayna sərhədindən keçməsi barədə məlumatlar yoxlanılır. Əgər məlumatlar təsdiqlənsə, bu, böhranın dərinləşməsi kimi qiymətləndiriləcək.
APA-nın məlumatına görə, bunu ABŞ Dövlət departamentinin rəsmi nümayəndəsi Cen Psaki deyib.
O qeyd edib ki, yayılan məlumatlar təsdiqlənsə, ciddi nəticələr olacaq.
"Bu isə Şərqi Ukraynada böhranın dərinləşməsi olacaq", - deyə o vurğulayıb.