Ukrayna ordusu irəliləyir Dünya

Ukrayna ordusu irəliləyir

Separatçıların atəşkəs çağırışı rədd edildi

Cavid

Rusiya ərazisindən Ukrayna ordusunun Luqanskın Makarov və Kamışnoe rayonlarındakı blokpostları artilleriya atəşinə tutulub. Bunu hərbi ekspert Dmitri Timçuk Facebook səhifəsində yazıb.
Onun sözlərinə görə, blokpostlardan başqa Ukrayna sərhəd keçid məntəqələri də atəşə tululub. Ukrayna ordusunda itkilərin olmadığı bildirilir.
Dmitri Timçuk bildirib ki, Luqanskda separatçılar hərbi tibbi yardım avtomobilinə də silahlı hücum edib: "Hücumlar avtomobil eyni anda müxtəlif mövqelərdən minomyotlardan atəşə tutulub. Yaralıların olduğu bildirilir. Luqansk aeroportu isə BM-21 "Qrad"ları ilə vurulub. Ölən və xəsarət alanlar barədə hələlik məlumat yoxdur", deyə Timçik qeyd edib.
Ukraynanın ordu sözçüsü Andriy Lısenko isə rusiyapərəst separatistlərin atəşkəs çağırışını rədd edərək, onları ağ bayraq qaldırıb, silahları yerə qoymağa çağırıb.
Xatırladaq ki, dünən separatistlər Ukraynada humanitar fəlakətə yol verməmək üçün atəşi dayandırmağa hazır olduqlarını bildiriblər.
Lakin daha sonra onlar sözlərini geri götürərək, atəşkəsin qarşılıqlı olmasının vacibliyini vurğulayıblar.
Hökumət qüvvələri isə Donetsk və Luqanskda separatistlərə qarşı hücumları davam etdirir. Donesk və Liqansk şəhərlərinin sakinləri qızğın döyüşlər getdiyini bildirirlər.
Rusiya Ukrayna ilə sərhəd bölgələrə əlavə qüvvələr yerləşdirib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukraynanın şəqr bölgələrinə yardımların gecikdirilməməli olduğunu deyərək, məsələnin prezident Putinin nəzarəti altında olduğunu bildirib.
ABŞ-ın BMT-dəki səfiri Samantha Power Təhlükəsizlik Şurasının yığıncağında deyib ki, Rusiyanın müharibə şəraitində olan Şərqi Ukrayna üçün təklif etdiyi humanitar dəhlizi yalnız beynəlxalq yardım təşkilatları reallaşdıra bilər.
Səfir deyib ki, Rusiyanın Ukraynaya hansısa humanitar missiya pərdəsi altında birtərəfli müdaxiləsi "tamamilə qəbuledilməz və həyəcan doğurandır.
Digər bir məlumata görə, rusiyameyilli terrorçuların yaralıları daşıyan təcili-tibbi yardım maşınını minamyotdan atəşə tutması nəticəsində humanitar missiyanın əməkdaşlar həlak olub.
Yerli medianın verdiyi məlumata görə, hadisə Ukraynanın Luqansk vilayətində baş verib.
Ukrayna "İnformasiya müqaviməti" qurumunun rəhbəri Dmitriy Tımçuk bildirib ki, Rusiya istiqamətindən Luqansk vilayətinin Makarov və Kamışnoe istehkam-postları artileriya qurğuları tərəfindən atəşə tutulub. Hərbçilər arasında itki olmasa da postlara ciddi ziyan dəyib.
Məlumatda o da qeyd olunub ki, ötən gün Luqansk hava limanı da iki dəfə "Dolu" artileriya qurğularından güclü atəşə tutulub. Aeroportun mühafizəsini həyata keçirən bir neçə texnika ziyan dəyib. Bundan sonra terrorçuların başlanan hücumu isə dəf edilib.
Dünən Ukrayna ordusunun xüsusi təyinatlıları Qorlovka ətrafında əməliyyat keçirərək separatçıların bir neçə blokpostunu məhv ediblər.
Ukrayna mətbuatına istinadən xəbər verir ki, separatçıların sıralarını xeyli adam tərk edib. Bu haqda Ukrayna ordusunun baş qərargahından bildirilib: "Kiçik qruplar halında təxminən 5000 separatçı döyüş bölgəsini tərk edərək Rusiya ilə sərhədə qaçıb. Hazırda bir xeyli terrorçu da mülki geyimdə mühasirədə olan şəhərləri tərk etməyə çalışır".
Rus ordus Ukraynanın şərqində növbəti cinayətini törədib.
Xarici mətbuatın verdiyi xəbərə görə, ruslar öz ərazilərindən Donetsk vilayətinin Stepanovka kəndini qrad qurğularından atəşə tutblar.
Nəticədə kənd tamamən dağılıb. Kənddə olan bütün yaşayış evləri yararsız hala düşüb.
İtkilər barədə hələ ki, məlumat olmasa da kəndin daima ruslar tərəfindən atəşə tutulması burada yaşayan insanların əksərinin ərazini tərk etməsinə səbəb olub.
Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili Rusiya prezidenti Vladimir Putinin Ukrayna məsələsində vəziyyətə nəzarəti itirdiyini bildirib.
"Ukrinform"-un verdiyi xəbərə görə, M.Saakaşvili Ukraynanın yerli telekanalına müsahibəsində bildirib ki, son aylar Ukraynada dəfələrlə səfərdə olub: "İnsanlar islahatlar haqqında danışırlar, onlar korrupsiyanın qarşısını almaq istəyirlər, köhnə praktikanın davam etməsinə qarşıdırlar. Həqiqətən də, insanlar müharibəyə səfərbər olublar, lakin bu onların ən son istədiyi şeydir. Baxmayaraq ki, Ukrayna xalqının seçimi yoxdur, düşünürəm ki, Rusiyanın da perspektivi yoxdur. Putin artıq təhlükəsiz vəziyyəti bərpa etmək iqtidarında deyil. O, nəzarəti itirib. Krımın işğalı ona çox asan göründü və ehtimal edirdi ki, Ukraynanın şərqi, cənubu ayrılacaq və Kiyev təslim olacaq, böyük Rusiya imperiyası yenidən bərpa ediləcək. Lakin Putin Ukrayna məsələsində çox uzağa gedib və Rusiya üçün itkilər labüddür. Biz ümid edirik ki, Ukrayna özünü ən pisdən qoruya biləcək. Ən pis olan isə tammiqyaslı işğaldır. Təbii ki, Putin müxtəlif variantları nəzərdən keçirir".
Ukraynanın Donetsk vilayətində çoxlu sayda məhkum isə cəzaçəkmə müəssisəsindən qaçıb. Bu barədə xəbəri UNİAN saytı Donetsk şəhər Sovetinin mətbuat xidmətinə istinadən verib.
Xəbərdə bildirilib ki, avqustun 10-da Donetsk vilayəti Kirov rayonu ərazisində yerləşən 124 saylı ciddi rejimli cəzaçəkmə müəssisəsinin yaxınlığında separatçılarla gedən döyüş zamanı top mərmisi həbsxaya düşüb. Nəticədə cəzaçəkmə müəssisəsinin divarı dağılıb.
Bombardıman zamanı məhkum və nəzarətçilərdən 18 nəfəri ölüb. Müəssisədə cəza çəkən 106 məhkum isə vəziyyətdə istifadə edərək, həbsxanadan qaça bilib.
Niderlandın Ədliyyə Nazirliyi isə Ukraynada vurularaq qəzaya uğrayan Malayziya təyyarəsində olan sərnişinlərin qalıqları ilə bağlı açıqlama verib.
Hazirliyin məlumatına görə, qalıqların toplanması üçün Ukraynaya gedən holland ekspertlərin vətənə gətirdikləri qalıqlardan artıq 65-nin şəxsiyyətini müəyyənləşdirmək mümkün olub.
Təyyarənin qalıqları ətrafında meyitlərin axtarışı isə ərazidə ukraynalı əsgərlərlə Rusiyayönümlü separatçılar arasında gedən döyüşlərlə əlaqədar müvəqqəti olaraq dayandırılıb.
Holland missiyasının rəhbəri ərazi təhlükəsiz olan kimi təhqiqatları davam etdirəcəklərini açıqlayıb.
İyulun 17-də vurulan təyyarədə əksəriyyəti Niderland və Malayziya vətəndaşları olmaqla, 298 nəfər həlak olmuşdu.
İtaliyanın "Saras" neftemalı şirkəti Rusiyanın "Rosneft" kampaniyası ilə birgə müəssisə yaradılması ilə bağlı qərarı birtərəfli olaraq ləğv edib.
Buna səbəb Avropa İttifaqı ilə Rusiya arasında əlaqələrinin gərginləşməsi olub.
"Saras"ın vitse-prezidenti Dario Skaffardi deyib ki, Ukraynada baş verən siyasi-hərbi hadisələrlə "Rosneft"lə bağlı birgə müəssisə yaradılmasına dair qərarı ləğv etmək məcburiyyətində qaldıq. Onun sözlərinə görə, həmin müəssisə Rusiya neftinin Avropada ixracı ilə məşğul olmalı idi.
Xatırladaq ki, Saras Group Avropanın ən iri neft emalı şirkətlərindən biridir.