
Venesuela ABŞ-ı balıqçı gəmisini ələ keçirməkdə ittiham edib
13 Sentyabr 22:59
13 Sentyabr 22:59
13 Sentyabr 22:00
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
Rusiya II Dünya müharibəsi zamanı Polşadan SSRİ-yə aparılan rəsmləri geri qaytarmağa hazırlaşmır.
Bu məlumatı Rusiya Mədəniyyət Nazirliyi yayıb. Nazirlik Varşavanın tələbinin hüquqi əsası olmadığını bildirib.
Moskva bu rəsm əsərlərinin müharibə zamanı ölkəyə vurulan zərərin qarşılığındakı kompensasiya qismində gətirildiyini açıqlayıb.
Mədəniyyət Nazirliyi bu haqqın beynəlxalq qanunvericilikdə təsbit edildiyini vurğulayıb.
“Bütün lazımi beynəlxalq razılaşmalar 1945-ci ildə Yalta konfransında əldə edilib. Daha sonra isə müttəfiq güclər arasında əlavə razılaşmalar imzalanıb. İkinci Dünya müharibəsinin nəticələrinə yenidən baxmaq nəzərdən keçirilə bilməz”, – deyə Mədəniyyət Nazirliyinin rəsmi nümayəndəsi Vladislav Kononov bildirib.