ABŞ-ın büdcə kəsiri 624 milyard dollara çatdı Dünya

ABŞ-ın büdcə kəsiri 624 milyard dollara çatdı

ABŞ-da büdcə kəsiri fevralda 235,335 milyard dollara çatıb.
Bu məlumatı ABŞ Maliyyə Nazirliyi yayıb. Məlumata görə, bu, keçən ayın götəricisindən 0,6% çox olub.
Bununla belə, 2020-ci maliyyə ilinin əvvəlindən (oktyabrın 1-dən etibarən – red.) indiyə qədər ABŞ büdcəsinin mənfi saldosu 14,8% artaraq, 624,522 milyard dollara çatıb.
Qeyd edək ki, 2019-cu ildə ABŞ-ın büdcə kəsiri 984,388 milyard dollar təşkil etmişdi.