
Qarabağın erməni sakinləri üçün göndərilən yanacağın həcmi AÇIQLANDI
23 Sentyabr 18:27
23 Sentyabr 18:27
23 Sentyabr 18:26
23 Sentyabr 18:25
Gürcüstan Müsəlmanları İdarəsi (GMİ) Ramazan ayında ölkədəki məscidlərin fəaliyyəti barədə qərar qəbul edib.
Məscidlərdə namaz, həmçinin kütləvi iftar məclislərindən uzaq durmaq tövsiyə olunub.
GMİ Ramazan ənənəsi olan iftar süfrələri təşkil etmək əvəzinə onun dəyəri qarşılığında yoxsul və kimsəsizlərə pul və yaxud ərzaq yardımı göstərməyi də tövsiyə edib.
“Bu qərarla biz, Gürcüstanın sayca ikinci dininin nümayəndələrindən olan tamhüquqlu müsəlman vətəndaşları düşünürük ki, həm Allahın razılığını qazanmış və həm də belə ağır günlərdə dövlətimizə dəstək olmaqla insanların sağlamlığı yolunda tədbir görmüş olarıq”, - qərarda bildirilib.
Qeyd edək ki, koronavirusla bağlı qonşu ölkədə artın 17-dən etibarən məscidlərdə dini mərasim və ibadətlər dayandırılıb.