Niderlandda koronavirusun "Britaniya" ştammına 11 yoluxma halı qeydə alınıb Dünya

Niderlandda koronavirusun "Britaniya" ştammına 11 yoluxma halı qeydə alınıb

Niderlandda koronavirusun Böyük Britaniyada aşkarlanan yeni ştammına 11 yoluxma halı qeydə alınıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Milli Səhiyyə və Ətraf Mühit İnstitutundan bildiriblər.

Qeyd edilir ki, yeni ştamma yoluxma hallarından 5-i Amsterdamda, 5-i Rotterdamda, 1-i isə Neymegendə aşkarlanıb. İlkin məlumata əsaəsn, yoluxaxların əksəriyyəti Böyük Britaniyaya səfər etməyib və yoluxma halları bir-biri ilə əlaqəli ola bilər.

Qeyd edək ki, dekabrın 14-ü Böyük Britaniyanın səhiyyə naziri Mett Henkok bildirib ki, britaniyalı alimlər ölkədə koronavirusun yeni mutasiyasını aşkarlayıblar. Onun sözlərinə görə, ilkin araşdırmalar göstərib ki, sözügedən ştamm digər ştammlardan daha sürətli yayılır.