

Şirkətin 802 min manatlıq vəsaitini mənimsəməkdə təqsirləndirilən sabiq baş mühasibə cəza istənilib
Astanada Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın ikinci iclası keçirilib - FOTO
Prezident İlham Əliyev: Qazaxıstan inkişaf və modernləşmə yolu ilə inamla irəliləyir
Prezident İlham Əliyev: Azərbaycan ilə Ermənistan arasında sülh dövrü başlayıb
Dünyadakı atəşkəsin qarşısını kəsən əsas maneə etibarsızlıq və hərbi münaqişələrə müdaxilə edən xarici qüvvələrin destruktiv hərəkətləridir.
Bu barədə BMT-nin Baş katibi Antonio Quterreş təşkilatın birinci Baş Assambleyasının 75-ci ildönümündə deyib.
"Sülh və qlobal atəşkəsə aparan yolumuzda iki əsas çətinlik var. Birincisi - etibarın çatışmamazlığı. Etibarın defisiti insanların birləşməsinə, danışıqlara getməsinə və münaqişəni dayandırması üçün bir maneədir. İkincisi isə - destruktiv qüvvələrdir" - baş katib bildirib.
Təşkilat başçısı bir çox ölkənin digər dövlətlərin daxili qarşıdurmalarına müdaxilə etdiyini və onları ağırlaşdırdığını qeyd edib. O, eyni zamanda, böyük dövlətləri beynəlxalq səviyyədə nizam yaratmaq üçün fikir ayrılıqlarını aradan qaldırmağa çağırıb.
Quterreş həmçinin nüvə qarşıdurmasının dünyaya qayıtdığını da vurğulayıb. Onun sözlərinə görə, dünyada geosiyasi gərginlik artmaqda davam edir.