Prezident Tatar; "Kıbrıslı türklər heç vaxt dövlətlərindən əl çəkməyəcəklər" Dünya

Prezident Tatar; "Kıbrıslı türklər heç vaxt dövlətlərindən əl çəkməyəcəklər"


Anadolu Universitetində 2021-2022-ci tədris ili üçün açılış mühazirəsi oxumaq və Mütəxəssislər Şurasının qərarı əsasında Fəxri Doktor adına layiq görülmək üçün Ankara üzərindən Eskişəhərə gefən Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar, Sivrihisara gəlib.
"Xalq Cəbhəsi" xəbər verir ki, Prezident Tatar burada bir açıqlama verib: “Kiprdə çoxlu şəhid verdik, böyük bir qiymət ödədik. Kıbrıs Türk xalqının 60 ildir bir dövləti var. 60 ildən sonra Kıbrıslı türklər heç vaxt öz dövlətlərindən əl çəkməyəcəklər".
Türkiyənin müxtəlif bölgələrini ziyarət etdiyini deyın Prezident Tatar, kıbrıslı türklərin Anadolu və Vətən Türkiyə ilə hər zaman sıx əlaqədə olduqlarını və Türkiyənin mübarizə illərində kıbrıslı türk xalqının yanında olduğunu xatırladıb.
Prezident Ersin Tatar, bölgədə sülhün və sabitliyin qorunması üçün Türkiyə Respublikası ilə birlikdə irəli sürülmüş Kiprdə yan yana yaşayan iki suveren bərabər dövlətin əməkdaşlıq siyasətinə hörmətlə yanaşılacağını gözlədiklərini qeyd edib.

Cavid