“NATO-nun strateji əhəmiyyəti dəyişmir”
13 Mart 21:31
13 Mart 21:31
13 Mart 21:24
18 Yanvar 2022 16:39
3 150
Yavaş-yavaş, mərhələli şəkildə məzənnə də, eyni zamanda, faiz də azalacaq və 2022-ci il bizim ən parlaq ilimiz olacaq.
Trend-in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Albaniyaya səfərinin başa çatmasından sonra jurnalistlərə açıqlamasında deyib.
"Valyuta məzənnəsindəki dalğalanmanın azalmasından və sabitliyin davam etməsindən məmnunuq. Maliyyə birjalarındakı sabitliyin davamına və lirəyə marağın artmasına yönəlmiş addımlarımız davam edəcək. Artıq inflyasiya azalmağa başlayıb. Bu, belə davam edəcək. İnflyasiyanın geriləməsi bizim hədəfimizdir. Artıq faizdə də azalmalar başlayıb. Yavaş-yavaş, mərhələli şəkildə məzənnə də azalacaq, faiz də eyni zamanda azalacaq və 2022-ci il bizim ən parlaq ilimiz olacaq. Bu, özü ilə inflyasiyanın azalmasını da gətirəcək", - deyə o bildirib.
Qeyd edək ki, ötən ilin sonunda Türkiyə lirəsi kəskin ucuzlaşmışdı. Dekabrın 18-də ABŞ dollarının qiyməti 18 lirəyədək yüksəlmişdi.
13 Mart 23:01
1 106
13 Mart 21:22
1 113
13 Mart 21:22
1 064