Qafqaz Universiteti fəaliyyətini dayandırdı Hadisə

Qafqaz Universiteti fəaliyyətini dayandırdı

Qafqaz Universitetinin təsisçisi Azərbaycan Respublikasının Təhsil Nazirliyinə müraciət edərək dünən universitetin bağlanması haqqında qərar qəbul olunduğu barədə məlumat verib.
Təhsil Nazirliyindən bildirilib ki, müvafiq rəsmi sənədlər nazirliyə daxil olduqdan sonra Qafqaz Universitetində təhsil alan tələbələrin təhsillərinin davam etdirilməsini təmin etmək məqsədilə Təhsil Nazirliyi tərəfindən müvafiq işçi qrupu yaradılacaq və onların yerləşdirilməsi prosesi aparılacaq.
Bakı Ali Neft Məktəbinin rektoru Elmar QasımovAPA-ya açıqlamasında Qafqaz Universitetinin Bakı Ali Neft Məktəbinin tam idarəçiliyinə verildiyini bildirib.
Rektor deyib ki, bununla bağlı prosedurlar və məsələlər tədricən həll ediləcək.
Xatırladaq ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin kadr məsələləri üzrə vitse-prezidenti Xaliq Məmmədov isə Azərbaycan Beynəlxalq Təhsil Mərkəzinin bugünkü qərarı ilə Qafqaz Universitetinin Bakı Ali Neft Məktəbinin idarəçiliyinə verildiyini bildirib.
Qeyd olunub ki, tələbələr təhsilini olduğu kimi davam etdirəcək. Pedaqoji heyətin də fəaliyyətini davam etdirəcəyi açıqlanıb.