Putin və Ərdoğan arasında danışıqlar yekunlaşıb
12 Dekabr 15:40
12 Dekabr 15:40
12 Dekabr 12:46
12 Dekabr 12:00
20 May 2019 18:05
1 652
Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 176,1 min manatlıq əczaçılıq məhsulları istehsal edilib ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 13% çoxdur.
Hesabat dövründə ölkədə tərkibində digər antibiotiklər olan, pərakəndə satış üçün qablaşdırılan 13,3 min manatlıq dərmanlar istehsal edilib. Bu, ötən ilin yanvar-aprel ayları ilə müqayisədə 53,8% azalma deməkdir.
Bundan başqa, yanvar-aprel aylarında Azərbaycanda 162,8 min manatlıq tərkibində qarışıq və ya xalis məhsullar olan, digər qruplara daxil edilməyən, pərakəndə satış üçün qablaşdırılan sair dərmanlar istehsal edilib ki, bu da 2018-ci ilin ilk dörd ayı ilə müqayisədə 27,4% çoxdur.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, hesabat dövründə Azərbaycan ümumi dəyəri 85 745,34 min ABŞ dolları təşkil edən 4 493,04 ton əczaçılıq məhsulları idxal edib ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə sözügedən məhsulların dəyəri 0,04%, həcmi isə 0,4% artıb.
12 Dekabr 21:15
700
12 Dekabr 19:35
966
12 Dekabr 19:01
868