IV Bakı Təhlükəsizlik Forumu: ümumi mənzərə və mühüm amillər
23 Sentyabr 23:37
23 Sentyabr 23:37
23 Sentyabr 23:29
23 Sentyabr 23:17
23 İyul 2019 12:05
3 080
İyulun 23-də Şəki şəhərində keçiriləcək Azərbaycan gənc müəllimlərinin yay məktəbi layihəsinə start verilib.
Təhsil Nazirliyi bildirib ki, yay məktəbi Azərbaycan Gənc Müəllimlər Assosiasiyası tərəfindən təşkil olunub.
Yay məktəbinə 30-ə yaxın müəllim qatılacaq. Onlara pedaqoji mövzular üzrə təlimlər keçiriləcək, həmçinin müəllimlər üçün komanda oyunları təşkil olunacaq. Yay məktəbi çərçivəsində Bakı və bölgələrdən olan gənc müəllimlər təcrübə mübadiləsi aparacaqlar.
Dörd gün davam edəcək təlimlərin sonunda təlimçilərə Azərbaycan Gənc Müəllimlər Assosiasiyası tərəfindən sertifikatlar təqdim ediləcək.
Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının əsas məqsədi istedadlı gənc müəllimləri aşkara çıxarmaq, onların gələcək inkişafı üçün əlverişli şərait yaratmaq, daha məhsuldar və səmərəli işləməyə həvəsləndirməkdir.
Yay məktəbi iyulun 26-dək davam edəcək.
23 Sentyabr 22:20
595
23 Sentyabr 22:07
616
23 Sentyabr 12:39
840