11 Noyabr 23:45
11 Noyabr 23:42
6 Avqust 2019 11:19
1 652
Ali təhsil müəssisələrinə qəbul imtahanlarında müsabiqə şərtlərini ödəyən abituriyentlərin ixtisas seçimi bu gün saat 23:59-da başa çatır.
Dövlət İmtahan Mərkəzinin saytı xəbər verir ki, avqustun 6-sı saat 10:50-yə olan məlumata əsasən, I ixtisas qrupu üzrə ümumilikdə 16651, II ixtisas qrupu üzrə 13765, III ixtisas qrupu üzrə 17839, IV ixtisas qrupu üzrə 4343 nəfər ərizəsini təsdiqləyib. V qrup üzrə ərizəsini təsdiqləyənlərin sayı 5226 nəfərdir.
Abituriyentlər (həmçinin subbakalavrlar) qeyd olunan vaxta qədər öz seçimlərini dəqiqləşdirməli və ixtisas seçimi etməklə ərizələrini təsdiq etməlidirlər. Bəzi abituriyentlər isə ixtisas seçimi edib ərizələrini yadda saxlasalar da, onu təsdiqləməyiblər. Elektron ərizəsini təsdiqləməyən abituriyentlər müsabiqədə iştirak edə bilməyəcəklər.
11 Noyabr 22:16
777
11 Noyabr 22:02
798
11 Noyabr 21:27
805