Qüdrət Həsənquliyev Xətai rayonunda seçiciləri ilə görüş keçirib
15 Noyabr 13:58
15 Noyabr 13:58
14 Noyabr 16:16
14 Noyabr 14:16
ABŞ Maduro ilə əlaqəli olduğu iddia edilən bir karteli terror təşkilatı kimi tanıyacaq
"Ədalət, şəffaflıq və ictimai nəzarət uğrunda fəaliyyətimizi davam etdirəcəyik” - QHT sədri
Azərbaycan-Özbəkistan münasibətləri müttəfiqlik sütunu üzərində daha da möhkəmlənir
Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
12 Sentyabr 2020 23:27
3 521
Sentyabrın 12-də “Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin saat 15:00-da başlayacaq ikinci imtahanında 24 mərkəzdən 5-də qidadan zəhərlənmə halları qeydə alınıb. Zəhərlənənlər arasında texniki heyət, İşçi qrupunun üzvləri, “Yüksəliş” müsabiqəsinin iştirakçıları olub. Zəhərlənmə halları qeydə alındıqdan dərhal sonra “Yüksəliş” müsabiqəsinin imtahanı təşkilatçılar tərəfindən dayandırılıb. İmtahan keçirilən məkanda Təcili Tibbi Yardım briqadası tərəfindən zərərçəkmişlərə dərhal ilkin tibbi yardım göstərilib və zəhərlənmə diaqnozu müəyyən edilmiş şəxslər 1 və 3 saylı Şəhər Klinik Xəstəxanalarına yerləşdirilib. Zəruri tibbi müayinələrdən keçməklə müvafiq tibbi yardım göstərildikdən sonra zərərçəkmiş şəxslər evlərinə göndərilib. Müsabiqənin İşçi qrupunun heyəti, Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi və TƏBİB nümayəndələri zərərçəkmiş şəxslərə baş çəkib, vəziyyətləri ilə yaxından maraqlanıblar. “Yüksəliş” müsabiqəsinin təşkilatçıları tərəfindən yaranmış vəziyyətlə bağlı Qida Təhlükəsizliyi Agentliyinə məlumat verilib. Hazırda Qida Təhlükəsizliyi Agentliyi və müvafiq strukturlar tərəfindən baş vermiş hadisənin səbəbləri araşdırılır. Araşdırma müvafiq qurumlar tərəfindən ciddi nəzarətə götürülüb. Qeyd edək ki, “Yüksəliş” müsabiqəsinin “İdarəetmə potensialı üzrə” imtahanının yeni tarixi yaxın günlərdə açıqlanacaq.
08:25
70
15 Noyabr 16:55
1 799
14 Noyabr 19:54
2 212