Dünya fond bazarlarının əsas indeks göstəriciləri İqtisadiyyat

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Sentyabrın 23-də Amerika fond bazarında Dow Jones indeksi 1,92% – 26,763.13 bəndədək, S&P 500 indeksi 2,37% – 3,236.92 bəndədək, Nasdaq indeksi isə 3,02% – 10,632.98 bəndədək enib.

Avropa fond bazarlarında sentyabrın 23-də FTSE 100 indeksi 1,20% – 5,899.26 bəndədək, Almaniya DAX-ı 0,39% – 12,642.97 bəndədək, Fransa CAC-40 indeksi isə 0,62% – 4,802.26 bəndədək yüksəlib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,58% azalaraq 1 872,9 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,49% azalaraq 1,1657 dollar təşkil edib.