“Fətullahçı şəbəkənin təsiri altında olan istənilən bir şəxs üçün...” Siyasət

“Fətullahçı şəbəkənin təsiri altında olan istənilən bir şəxs üçün...”

Mirsamir Məmmədov: "Vətən, millət deyil, "Hizmət" hərəkatının maraqları və istəkləri önəm kəsb edir"

Tofiq Abbasov: ""Hizmətçi"lərə qarşı tədbirlərin görülməsi zəruridir"

Artıq Trükiyədə baş verən proseslərdən sonra Gülən hərəkatının fəaliyyətdə olduğu bir sıra ölkələr bu təşkilatlanmaya qarşı tədbirlər görməyə başlayıblar. Azərbaycanda da Gülən hərəkatının dayaqlarının olduğunu nəzərə alsaq konkret tədbirlərə ehtiyac yarandığını söyləyə bilərik. Bu məsələ ilə bağlı siyasi ekspertlərin münasibətini öyrəndik.
Politoloq Mirsamir Məmmədov bildirdi ki, Fətullah Gülənin Vaşinqtondakı erməni lobbisi ilə işbirliyində olmas İstisna deyil. Onun fikrincə, buna heç bir şübhə yoxdur: "Türkiyədə dövlət çevrilişi zamanı erməni lobbisinin Fətullahçı terroristlərə yardım göstərməsi, maliyyə köməkliyi etməsi hadisələrin fonunda görünür. Yalnız ermənilərlə işbirliyində olanlar öz dövlətinə və xalqına güllə ata və öz millətinin məclisini bombalaya bilərdi. Şübhəsiz ki, "Türkiyə Böyük Millət Məclisi"nin bombalanması Vaşinqtondakı məkrli erməni lobbisinin birbaşa istəyi idi. Bu da o deməkdir ki, ermənilərlə eyni dünya görüşünə, eyni düşüncəyə malik olan bu insanlar potensial təhlükə mənbəyidir. Hələ 1990-cı illərin ortaları və sonlarına yaxın Azərbaycanda Fətullah Gülənə bağlı olan "Çağ-öyrətim" liseyləri açıldığında Azərbaycanda elm və tədris adı altında, son dərəcə yumşaq və zərif şəkildə ölkəmiz üçün müəyyən mənada bir çox mənəvi təhlükələrin toxumları səpilməyə başlandı. Təbii ki, hələ o zamanlar Fətullah Gülənin iç üzündən dünya aləm xəbərsiz idi və nələrin olacağını çoxumuz təxmin belə edə bilməzdi. Amma zaman hər şeyin açarıdır və zaman keçdikcə hər şey ortaya çıxdı".
O, əlavə etdi ki, "Çağ-öyrətim" işlətmələrinin ardından açılan "Qafqaz" Universiteti də bu amala xidmət edən bir tədris mərkəzi idi: "Çağ-öyrətim" liseylərində və daha sonra "Qafqaz" Universitetində təhsil zamanı "verbovka" olunan gənclərin beynində dəyişiklər aparılmağa başlayırdılar. Təbii ki, bunu hər kəsə şamil etmək olmaz. Amma bir çox gənc özü də bilmədən Fətullahçı şəbəkənin tələsinə düşərək onların xidmətçisinə çevrilirdi. Bu gün belə şəxslər ölkəmizdə çox saydadı. Fətullahçı şəbəkənin təsiri altında olan istənilən bir şəxs üçün vətən və dövlət maraqları deyil, "Hizmət" hərəkatının və onların başında dayanan liderləri olan Fətullah Gülənin maraqları və istəkləri önəm kəsb edir". Politoloq əlavə etdi ki, Türkiyədə də dövlət çevrilişinə cəhd edən şəxslər də bu mənfur şəbəkənin xidmətçiləri idi: "Fətullahçıların Azərbaycanda bir təhlükəsi varmı sualına ən yaxşı cavab, Türkiyədəki 15 iyul hadisəsidir. Həmin hadisənin iştirakçılarına baxsaq, hamısı ziyalı, cəmiyyətdə hörmət sahibi olan şəxsləri idi. Amma ən mənfur və iyrənc bir addıma imza atdılar, öz dövlətlərinin və xalqının maraqlarını ayaqlayaraq, hər hansı terrorçu bir şəbəkənin istək və maraqlarını icra etməyə çalışdılar. Belə aydın olur ki, bu adamlar, dünyanın harasında olursa olsun, istənilən an, öz rəhbərlərinin əmr və tapşırıqlarını can-başla icra etməyə hazır olan insanlardır. Fətullahçı şəbəkə uzun illərdir indiyə qədər "Mələk üzlü şeytan" timsalında hərəkət edib. Təhsil sistemini o səbəbdən ələ keçirməyə can atırdılar ki, dövlət dairələrində, önəmli pillələrdə özlərinə dayaq yaratmış olsunlar...Söhbət təkcə bizim ölkəmizdən getmir. Türkiyədə də və bir çox ölkələrdə Fətullahçı şəbəkənin iş prinsipi və missiyası bu olub. Ölkənin gələcək önəmli iş yerlərindəvə idarələrdə çalışacaq şəxslər bunların yetişdirdiyi və təhsil verdiyi insanlar olmalı idi ki, bu şəkildə istədikləri gücə və imkana çata bilsinlər. Biz Türkiyədə bunun açıq şahidi olduq. Bütün idarə və qurumlarda, Nazirliklərdə Fətullah Gülən şəbəkəsinə aid insanlar ifşa olunaraq ortaya çıxarılır. Ancaq bizim ölkəmizdə Fətullahçı şəbəkə o qədər inkişaf etməyib, yəni hər hansı bir təhlükə bu günümüz üçün mövcud deyil. Amma müəyyən bir müddət sonra, onlar burada inkişaf etdikcə, artıqca, özlərinə yer tutduqca təbiiki, ölkəmizin gələcəyi üçün real təhlükəyə çevrilə bilərdilər. Türkiyədə necə davrandılarsa, burada da ölkə və dövlət əleyhinə istənilən addımı atmaq istəyərlər. Çox şükür ki, güc strukturlarımız bu istiqamətdə çox səmərəli və qabaqcıl işlər görməkdədir və ölkəmizdə də Fətullahçı terror şəbəkəsinin iş fəaliyyətlərinin qarşısı alınmaqdadır. Bu barədə dövlət orqanlarının atdığı konkret addımlar və görülən işlər onu deməyə əsas verir ki, bizim ölkəmizdə heç bir kənar qüvvə heç bir problem törədə bilməz. Çünki hər şeyin qarşısı güc strukturlarımız tərəfindən layiqincə alınmaqdadır. Bu da ondan irəli gəlir ki, Azərbaycan dövlətinin təməli hələ Ulu Öndər Heydər Əliyev tərəfindən çox mükəmməl qurulub, bu gün də eyni mükəmməlliklə idarə olunur. Azərbaycanın milli dövlətçiliyi, suverenliyi çox güclüdür, ölkəmizin təhlükəsizliyi də çox yüksək təmin edilir. Məhz bu kimi amillər nəinki Fətullahçıların, heç bir qüvvənin Azərbaycan daxilində hər hansı bir təxribat və neqativ hərəkət etməsinin qarşısını almış olur".
Politoloq Tofiq Abbasov isə deyib ki, istənilən təşkilat əgər gizli fəaliyyətə başlayırsa, hər hansı qapalı hərəkətlərə yol verirsə, deməli qanunlara, Konstitusiyaya qarşı çıxa bilər, ya da çıxmağı planlaşdırır. Politoloq vurğulayıb ki, radikalizm bütün formalarda təhlükəlidir, çünki dözümlülüyü inkar edir, alternativlərə düşmən gözü ilə baxır: "Sızan məlumatlardan belə görünür ki, sözügedən hərəkatın Azərbaycanda da dayaq nöqtəsi var və əgər onların baxışları, məqsəd və məramları Azərbaycan dövlətinin qanunlarına ziddirsə, deməli "hizmətçi"lərə qarşı tədbirlərin görülməsi zəruridir". Politoloqun fikrincə, vəziyyətdən bəlli olan budur ki, gülənçilər artıq rəsmi dairələrə meydan oxumağı özlərinə yaraşdırırlar, ayrı-ayrı mənbələrdə onlar hətta hədələr səsləndirirlər ki, bu da yolverilməzdir.

Əli