“Dövlətlərin ərazi bütövlüyünə hörmət olunmalıdır“ Siyasət

“Dövlətlərin ərazi bütövlüyünə hörmət olunmalıdır“

"Beynəlxalq hüququn norma və prinsipləri çoxdan bəllidir. BMTnizamnaməsinə görə prinsiplər düzgün şəkildə müəyyən olunub. Dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət olunmalıdır".
Bunu ABŞ-dan olan tədqiqatçı Ceyms Koyl deyib.
Tədqiqatçı bildirib ki, xalqların öz müqəddəratını təyin etmə prinsipinin müəyyənləşməsi də ilk növbədə dövlətlərin ərazi bütövlüyünə uyğun və mərkəzi hakimiyyətin icazəsi əsasında olmalıdır: "Ermənistan-Azərbaycan münaqişəsinin həlli bu prinsiplər əsasında mümkündür".

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyevin göstərişinə əsasən, bu gün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndələrinin, beynəlxalq təşkilatların rəhbərlərinin, həmçinin kütləvi informasiya vasitələri (KİV) nümayəndələrinin Tərtər rayonuna səfəri təşkil olunub.
Səfər çərçivəsində diplomatlar və KİV nümayəndələri Tərtər rayonunda 1170 məcburi köçkün ailəsi üçün yeni salınan çoxmərtəbəli yaşayış kompleksi və orada yaradılmış şəraitlə, həmçinin Tərtər rayonunun Şıxarx qəsəbəsində ermənilərin Azərbaycana qarşı ərazi iddialarını ifşa edən, yenidən bərpa olunmuş "Marağa-150" abidəsi ilə tanış olacaqlar.