“Ölkə başçısının səsləndirdiyi fikirlər mühüm əhəmiyyət kəsb edir” Siyasət

“Ölkə başçısının səsləndirdiyi fikirlər mühüm əhəmiyyət kəsb edir”

Arzu Nağıyev: "Bu, Ermənistana verilən ciddi bir mesaj kimi dəyərləndirilməlidir"

Prezident İlham Əliyev YAP-ın qurultayında İrəvan və digər tarixi Azərbaycan torpaqları ilə bağlı maraqlı fikirlər səsləndirib. Belə ki, ölkə başçısı XX əsrin sonlarında işğal edilən torpaqlarla yanaşı, İrəvan, Göyçə, Zəngəzur və s. kimi tarixi Azərbaycan ərazilərinə də qayıtmağın vacibliyini vurğulayıb və bunun strateji hədəf olduğunu qeyd edib.
Ölkə başçısının məlum açıqlamasını şərh edən politoloq Arzu Nağıyev, Ermənistanın bu mesajdan ciddi nəticə çıxartmalı olduğunu bildirib: "Cənab prezident dəfələrlə, istər Dağlıq Qarabağ münsqişəsinin həlli, istərsə də digər məsələlərlə bağlı çıxışında bildirib ki, bizim bayrağımız yalnız Şuşada, Xankəndində dalğalanmaqla məhdudlaşmayacaq. Məlum məsələdir ki, Zəngəzur, Göyçə, İrəvan tariixi Azərbaycan torpaqlarıdır. Prezident İlham Əliyev dəfələrlə öz çıxışlarında bu haqda danışıb. Bu il "Cümhuriyyət İli"dir. "Cümhuriyyət İli" fonunda həyata keçirilən araşdırmalarda tarixi Azərbaycan torpaqları, bu torpaqların kimlərin vasitəsi ilə kimlərə verildiyi, zəbt edildiyi ilə bağlı məsələlərə də diqqət yetirmək vacibdir. Bu barədə müəyyən yazılar yazılsa da, xalqımıza qarşı bu ədalətsizliklərin kimlər tərəfindən törədilməsi, onların adı açıqlanmayıb. Artıq bu məsələlərə də diqqət yetirmək lazımdır.
Azərbaycan prezidenti YAP-ın toplantısında çox böyük bir mesajla çıxış etdi. Ölkə başçısı bununla ermənilərə xatırlatdı ki, onların özlərinə paytaxt seçdiyi İrəvan da Azərbaycan torpağıdır. Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər Ermənistan üçün də bir mesajdır. Biz zaman-zaman "Böyük Çin", "Böyük Rusiya, "Böyük Ermənistan" kimi ifadələrə bu dövlətlərin nümayəndələri tərəfindən rast gəlirik. Onlar bu cür ifadələrlə öz böyüklüklərini təlqin etməyə çalışırlar. Halbuki, bu gün Ermənistanın malik olduğu bütün torpaqlar bizimdir. Necə ola bilir ki, Ermənistan Azərbaycan torpaqlarını zəbt etsin, orada ikinci bir erməni dövləti yaratmağa cəhd etsin, ancaq biz öz tarixi torpaqlarımıza iddiamızı bildiməyək? Bu baxımdan ölkə başçısının səsləndirdiyi fikirlər mühüm əhəmiyyət kəsb edir və Ermənistana verilən ciddi bir mesaj kimi dəyərləndirilməlidir".