“Tanklar dolu təyyarələri PYD-yə, YPG-yə göndərərkən Konqresdənmi soruşdunuz?” Siyasət

“Tanklar dolu təyyarələri PYD-yə, YPG-yə göndərərkən Konqresdənmi soruşdunuz?”

Binəli Yıldırım: "Zənn edirlər ki, heç bir şey bilmirik"


Türkiyə Silahlı Qüvvələri (TSQ) və ASO Afrində keçirilən "Zeytun budağı" əməliyyatı çərçivəsində 54 mövqeni terrorçulardan təmizləyib.
TSQ əməliyyatın 27-ci günü ilə bağlı informasiya yayıb.
Məlumata görə, "Zeytun budağı" əməliyyatı başladıqdan indiyə qədər məhv edilən terrorçu sayı 1528-ə yüksəlib.
Qeyd edək ki, Türkiyənin Afrində keçirdiyi "Zeytun budağı" əməliyyatı 27 gündür davam edir.
Türk Silahlı Qüvvələri PKK, İŞİD terror qruplaşması ilə quru və havadan mübarizə aparır.
Əməliyyat davam edir və türk ordusu hər gün PKK yuvalarını məhv edir. Qeyd edək ki, türk əsgərləri Afrinin şimalındakı Raco bölgəsində yerləşən 900 nömrəli yüksəklikdə tarixi bir zəfər qazanıb.
"Zeytun budağı" əməliyyatı davam etdiyi üçün detalları açıqlanmayan əməliyyat zamanı xüsusi taktika tətbiq edən komandoslar yüksəkliyə gizli şəkildə qalxaraq, bir güllə belə atmadan oranı ələ keçiriblər.
PKK-nın 17 terrorçusunun sağ ələ keçirildiyi əməliyyatın səhəri türk əsgərləri 900 nömrəli təpəni 200 ASO döyüşçüsünə təhvil verib. Sözügedən yüksəkliyin alınması ilə Türkiyə ordusu Raco bölgəsinin mərkəzi hissəsinin 1.5 kilometrliyinə qədər yaxınlaşıb.
Qeyd edək ki, 900 nömrəli yüksəklik ətrafında gedən digər döyüşlərdə 90-a yaxın terrorçu zərərsizləşdirilib.
Türkiyə Silahlı Qüvvələri və ASO-nun Afrində Ömər Simo və Arşali kəndlərini terrorçulardan təmizləməsindən sonra strateji əhəmiyyətli Cindereslə türk əsgəri arasında cəmi 500 metr məsafə qalıb.
Türkiyə ordusu Cinderesdə məşkunlaşma ərazilərində baş verəcək döyüşlərə ciddi şəkildə hazırlaşıb.
Məlumata görə, mülki itkiləri minimuma endirməyi hədəfləyən TSQ Cinderes uğrunda gedəcək döyüşlərdə iştirak üçün Afrinə Sur, Cizrə və Nusaybində aparılan xəndək döyüşlərində təcrübə toplamış hərbçiləri ("Xəndək qəhrəmanları") cəlb edib.
Qeyd edək ki, Cinderesə irəliləyən türk əsgərinə dəstək məqsədi ilə cənub cəbhəsində hücuma keçən ASO-nun səyləri nəticəsində illərdir bağlı qalan İdlib-Afrin yolu açılıb.
Afrin istiqamətində strateji əhəmiyyətə malik Cinderes düzənliyindəki kənd və yüksəkliklərin mühüm hissəsində nəzarəti təmin edən və müdafiə həlqəsini yaran türk ordusu həlledici hücuma hazırlaşır.
Türkiyə mətbuatı Cinderes istiqamətində hücumun hər an başlaya biləcəyini yazıb.
Cinderesin azad edilməsi ilə dağlıq ərazidə mövqe tutan terrorçulara silah-sursat göndərilməsinin qarşısı birdəfəlik alınacaq.
Şəhərdaxili əməliyyatlarda böyük təcrübəyə malik jandarma və polis xüsusi təyinatlılarının da iştirakı nəzərdə tutulan əməliyyatla türk ordusu düşmənə ağır zərbə vurmağı planlaşdırır. Qurudan irəliləyən türk ordusuna həmçinin Hatay sərhədindəki artilleriya birləşmələri, tanklar və F-16 qırıcı təyyarələri ilə dəstək veriləcək.
Bundan başqa Türkiyə Silahlı Qüvvələrinə məxsus hərbi kortej İdlibin Maarretinuman mahalına gəlib. Müşahidə məntəqəsi yaratmaq üçün buraya gələn türk əsgəri artıq sözügedən mahalın Əs Sırman kəndinə yerləşib. Burada mövqe tutan türk hərbçiləri yeni müşahidə məntəqəsi yaradacaqlar. Sözügedən nöqtənin təxminən 10 kilometrliyində Bəşər Əsəd qüvvələrinin olduğu bildirilib.
Qeyd edək ki, Astana razılaşmasına görə Türkiyə İdlibdə 12 bölgədə müşahidə məntəqəsi yaradacaq.
Afrin əməliyyatı ilə bağlı gərgin olan Türkiyə Amerika münasibətlərində hələ ki yumşalma hiss olunmur. Amma Vaşinqton bəzi məsələlərdə sözdə də olsa geri addım atır. Gəginliyin azaldılması üçün yüksək səviyyəli dövlət rəsmiləri arasında görüşlər baş tutur.
Türkiyənin Müdafiə naziri Nurəddin Canikli və ABŞ-ın Müdafiə naziri Ceyms Mettisin Brüsseldə keçirilən görüşü barədə Pentaqondan açıqlama verilib. Bu barədə "Xəbərtürk" informasiya yayıb. "PKK və terrora qarşı Türkiyənin yanındayıq", - Pentaqondan bildirilib.
Qeyd edək ki, generalların görüşü zamanı Suriya ərazisində həyata keçirilən "Zeytun budağı" anti-terror əməliyyatı, ABŞ-ın Türkiyəyə qarşı olan terror təşkilatlarına yardım etməsi səbəbindən iki ölkə arasında yaranmış gərginliyə dair məsələlər və s. ətrafında müzakirələr aparılıb.
Türkiyə baş Binəli Yıldırım naziri BBC Türk xidmətinin suallarına cavab verərkən bir sıra məsələlərə toxunub. O, ABŞ-ın Türkiyəyə embarqo tətbiq etdiyini açıqlayıb: "Hal-hazırda işimiz Afrindir. Afrinin də genişləyəcək bir ərazisi yoxdur. Cəmi 3800 km2 .Yəni "Fərat Qalxanı" ərazisinin iki mislindən az. Eni, uzunluğu məlumdur. 65-in 70-ə nisbətində ərazidən bəhs edirik. Amma bizim bu ərazi ilə 135 km-lik sərhədimiz var. Və hər metri təhlükədədir. Doyası ilə biz buranı təmizləyəcəyik. NATO müttəfiqinə düşmənlik edən, bölməyə, parçalamağa çalışan quldurlarla qardaş olursan. Çevrilişçini ver, vermirsən. Terrorçu ilə əməkdaşlıq etmə, etməyə davam edirsən. Günahsız yerə bank direktoru müavinini (Mehmet Hakan Atilla) həbsdə saxlayırsan. Bu necə olacaq? Amerika gizli embarqo tətbiq edir".
ABŞ-ın embarqosunun nədən ibarət olması ilə bağlı suala Yıldırım bu cavabı verib: "Əfəndim, məsələn adi tapança. Polisə verdiyimiz. Konqresin səsverməsinə göndərəcəklər. Qardaşım, tanklar dolu təyyarələri PYD-yə, YPG-yə göndərərkən Konqresdənmi soruşdunuz? Bu nə biabırçılıqdır. Zənn edirlər ki, heç bir şey bilmirik".

Əli