“Erməni icması ilə konstruktiv dialoqa hazırıq” Siyasət

“Erməni icması ilə konstruktiv dialoqa hazırıq”

"Bu gün Böyük Britaniyanın Azərbaycan Respublikasındakı səfiri xanım Karol Krofts ilə görüşməkdən şərəf duydum".
Bunu "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin İdarə Heyətinin sədri Tural Gəncəliyev deyib.
"Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icmasının işğal olunmuş ərazilərimiz azad edildikdən dərhal sonra geri dönmək əzmində olduğunu səfirin diqqətinə çatdıraraq, Dağlıq Qarabağ bölgəsinin erməni icması ilə konstruktiv dialoqa hazır olduğumuzu və bu məqsədlə təmaslar qurulmasının tərəfdarı olduğumuzu qeyd etdim", -deyə T.Gəncəliyev vurğulayıb.