Türkiyə-Rusiya yaxınlaşması Qarabağ probleminin həllinə nə vəd edir? Siyasət

Türkiyə-Rusiya yaxınlaşması Qarabağ probleminin həllinə nə vəd edir?

Son vaxtlar Türkiyə və Rusiya arasında müşahidə edilən yaxınlaşma Azərbaycanda fərqli aspektlərdən şərh edilməkdədir. Belə ki, bəzi politoloqlar bu yaxınlaşmanın Qarabağ probleminin həllinə də müsbət mənada təsir göstərə biləcəyini iddia edir.
Türkiyə-Rusiya yaxınlaşması Qarabağ probleminin ədalətli həllinə yardımçı ola bilərmi?
Millət vəkili Fazil Mustafa belə bir gözlənti üçün yetərincə əsasın olmadığını vurğulayıb: "Türkiyə-Rusiya yaxınlaşmasının Qarabağ probleminin həllinə müsbət nə isə verəcəyini güman etmirəm. Çünki bu yaxınlaşma ABŞ-Rusiya, Qərb-Rusiya gərginliyindən meydana çıxan bir yaxınlaşmadır. Ona görə də hesab edirəm ki, Türkiyə-Rusiya yaxınlaşmasından əlahiddə nə isə gözləməyimiz doğru deyil".