Merz ABŞ və Avropa münasibətlərində parçalanma olduğunu bildirib
13 Fevral 17:58
13 Fevral 17:58
13 Fevral 16:57
13 Fevral 12:41
13 Fevral 12:09
12 Dekabr 2020 21:33
1 988
Prezident İlham Əliyev “Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında” Fərman imzalayıb.
Fərman Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun səmərəli fəaliyyətinin təşkili və idarəolunma mexanizminin optimallaşdırılması məqsədilə imzalanıb.
Fərmana əsasən, fondun İdarə Heyətinin tərkibinə dəyişiklik edilib.
Dəyişikliyə əsasən, Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin tərkibi dörd nəfərdən - Azərbaycan Respublikasının iqtisadiyyat naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən İdarə Heyəti sədrindən və sədrin üç müavinindən ibarət olacaq.
Əvvəl İdarə Heyətinin tərkibi 3 nəfərdən ibarət idi.