“Rusiya erməni xəyanətindən ehtiyatlanır” Dünya

“Rusiya erməni xəyanətindən ehtiyatlanır”

"Bu il ərzində Rusiyanın Ermənistana ayırdığı maliyyə vəsaitinin azalması ona etibarının etmədiyinin göstəricisidir".". Bu fikirləri açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlu deyib.
Onun sözlərinə görə, Rusiya Ermənistanda müəyyən kredit layihələri reallaşdırır və bu layihələrə sərt nəzarət mexanizmləri tətbiq edir: "Rusiya Ermənistana 200 milyon dəyərində silah krediti verib. Bu silahlar hücum deyil, müdafiə xarakteri daşıyır".
Politoloq bildirib ki, Rusiya-Ermənistan hərbi əlaqələri iki istiqamətlidir: "Birinci, Rusiya Ermənistanı hava hücumundan müdafiə sisteminə qoşub, ikincisi isə Rusiya Ermənistandakı 102-ci hərbi bazasını gücləndirir. Rusiya hərbi bazasını Azərbaycana qarşı deyil, potensial erməni xəyanətinə qarşı möhkəmləndirir. Bu da təsadüfi deyil. Ermənistan Müdafiə Naziri Seyran Ohanyan rus hərbi elitasının bütün sirlərini NATO-ya açıqlayıb. Bunu Rusiya tərəfi də çox gözəl bilir. Hətta Rusiya Ermənistandan qorxur desək yanılmarıq. Həmin hərbi baza gələcəkdə Ermənistan daxilində hərbi əməliyyat aparmaq baxımından əhəmiyyətli rol oynaya bilər".
Mərkəz rəhbəri qeyd edib ki, Rusiyanın Ermənistana satdığı silahların heç biri münaqişə sərhədinə yaxın ərazilərdə yerləşdirilməyib: "Ermənistan-İran sərhədini qoruyan rus qoşunu içərisində bir neçə Rusiya vətəndaşı azərbaycanlı zabitlər də var. Ermənistan xəyanət etməyə vərdiş edib. Ən böyük xəyanəti elə ruslara qarşı edib".
"Rusiyanın Ermənistana etdiyi hərbi yardımlar Azərbaycana qarşı hesablanmayıb. Son vaxtlar Rusiya-Türkiyə münasibətlərinin gərginləşməsini nəzərə alsaq, ola bilsin bu yardım Türkiyə əleyhinə bir az da gücləndiriləcək".