Türkiyə Konstitusiya Məhkəməsindən AKP hökumətinə zərbə Dünya

Türkiyə Konstitusiya Məhkəməsindən AKP hökumətinə zərbə

Ədliyyə Nazirliyinin Hakimlər və Prokurorlar Ali Şurası üzərində olan bütün səlahiyyətləri ləğv edilib

Türkiyə Konstitusiya Məhkəməsi Ədliyyə Nazirliyinin Hakimlər və Prokurorlar Ali Şurası üzərində olan bütün səlahiyyətlərini ləğv edib.
Türkiyənin "TRT Haber" telekanalının məlumatına görə, Hakimlər və Prokurorlar Ali Şurasının Ədliyyə Nazirliyinə tabe olması haqqında qərarı bu il fevralın 28-də ölkə prezidenti Abduullah Gül təsdiqləmişdi.
Ölkə prezidentinin qərarı təsdiqləməsindən sonra ədliyyə naziri Bəkir Bozdağ Ali Şuranın tərkibinin dəyişdirilməsi haqqında sərəncam imzalamışdı. Sənədə əsasən, Şuraya əlavə olaraq baş katibin beş müavini, eləcə də üç müfəttiş təyin edilmişdi.
Şuranın Ədliyyə Nazirliyinin tabeliyinə verilməsindən sonra Cümhuriyyət Xalq Partiyası (CHP) Konstitusiya Məhkəməsinə müraciət edib.
Qeyd edək ki, Türkiyədə Hakimlər və Prokurorlar Ali Şurası 1981-ci ildə təsis edilib. Şuranın səlahiyyətlərinə hakim və prokurorların hazırlanması, işə təyin olunması, eləcə də onların işdən kənarlaşdırılması və məhkəmə proseslərinə təyin edilməsi daxildir.