Yaxın Şərqi bombardman edən general erməni çıxdı Dünya

Yaxın Şərqi bombardman edən general erməni çıxdı

Erməni əsilli Cefri Xarriqyan ABŞ Hərbi Hava Qüvvələrinin Mərkəzi Komandanlığına rəhbərlik edir. Bunu "Armenian Proud" radiosuna müsahibəsində erməni biznesmen Mikayıl Tatoyan söyləyib. "Mən ABŞ Hərbi Hava Qüvvələrinin vətəndaş cəmiyyətilə əlaqələrini təmin edən proqramlardan birində iştirak edirəm. Brifinqlərindən birində mən Xarriqyana yaxınlaşıb, erməni olduğumu dedim. Biz dərhal qucaqlaşıb, bir-birimizin əlini sıxdıq. Öz əcdadlarımızdan, ailələrimizdən danışdıq. O, erməniyə bənzəyir", – deyə o bildirib.
Qeyd edək ki, Xarriqyan, Tatoyanın dediyi kimi, HHQ-nin Mərkəzi Komandanlığına yox, ABŞ Mərkəzi Komandalığının (CENTCOM) Hərbi Hava Qüvvələrinin Yaxın Şərqdəki fəaliyyətlərinə nəzarət edir. CENTCOM ABŞ-ın Şərqi Afrika, Orta Şərq və Mərkəzi Asiyadakı hərbi fəaliyyətlərinə cavabdehdir. CENTCOM-un fəaliyyət dairəsinə Əfqanıstan, Bəhreyn, Misir, İordaniya, İraq, İran, Yəmən, Qazaxıstan, Qətər, Küveyt, Qırğızıstan, Livan, BƏƏ, Oman, Pakistan, Səudiyyə Ərəbistanı, Seyşel adaları, Suriya, Tacikistan, Türkmənistan, Özbəkistan, Qırmızı dəniz, Fars körfəzi və Hind okeanı daxildir.