İndoneziyada torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 15-ə çatıb
Azərbaycanlı investorlara Əbu-Dabi Birjasında qarşılıqlı ticarət imkanı yaradılıb
Almaniya İsrailə silah satışına qoyulan məhdudiyyətləri aradan qaldıracaq
Nazir müavini: WTDC25-in Bakıda keçirilməsi Azərbaycanın qlobal nailiyyətlərinə verilən qiymətdir
Rusiya qoşunları son 24 saat ərzində üç yaşayış məntəqəsini nəzarətə götürüb
21 Aprel 2020 11:22
1 617
İtaliya hökuməti bu həftə mayın 4-ə qədər tətbiq olunan fövqəladə vəziyyətin mərhələli şəkildə aradan qaldırılması ilə bağlı planı açıqlayacaq.
Bu barədə İtaliyanın Baş naziri Cuzeppe Konte rəsmi "Facebook" hesabında bildirib: "Kaş ki, deyə bilərdim: hər şeyi dərhal yenidən açaq. Sabah səhərdən başlayırıq ... Ancaq belə bir qərar məsuliyyətsizlik olardı. Bu, yoluxma əyrisini nəzarətsiz bir şəkildə qaldırar və bu günə qədər etdiyimiz bütün səylərimizi məhv etmiş olar".
O qeyd edib ki, hökumət üçün vətəndaşların sağlamlığının qorunması birinci yerdədir, lakin istehsal sisteminin səmərəliliyini qorumaq da onun məqsədidir.
"Biz milli plan əsasında hərəkət etməliyik, lakin ərazi özəllikləri də nəzərə alınacaq. Bu həftənin sonuna qədər sizi bu plan barədə məlumatlandırmağa və dəqiqləşdirilmiş proqramın təfərrüatlarını izah etməyə söz verirəm. Proqnozumuz odur ki, mayın 4-dən bu planın tətbiqinə başlayaq", Baş nazir Konte qeyd edib.