Məsuliyyətli azadlıq: valideyn və müəllimlər harada səhv edir?
14 Oktyabr 23:50
14 Oktyabr 23:50
14 Oktyabr 23:37
“Azərbaycan və Laos arasında beynəlxalq hüququn prinsiplərinə əsaslanan münasibətlər formalaşıb”
AGMA: Məktəblərdə müəyyən edilmiş geyim qaydalarına riayət olunması vacibdir - BƏYANAT
AÇG və “Şahdəniz”dən indiyədək hasil olunan neft və qazın həcmi açıqlanıb
Maka Boçorişvili: Gürcüstan, Azərbaycan və Türkiyənin birgə layihələri möhkəm təməl rolunu oynayır
18 May 2020 13:26
2 044
“ABŞ gələcəkdə F-35-ləri Türkiyəyə verəcək”. Bu sözləri türkiyəli ekspert Tolqa Özbək deyib.
“Türkiyə F-35-lərə görə ABŞ-a 1,8 milyard dollar ödəyib. Ümumilikdə, 12 milyard dollar ödəməlidir. Türkiyənin 10 faizlik sənaye payı var. ABŞ-ın gələcəkdə F-35-ləri Türkiyəyə verəcəyini zənn edirəm. Bəs, bu təyyarələr necə gələcək? Xarici hərbi satışlarla, yaxud başqa məqsədlə satıla bilər. Təxmin etmək çətindir. Regionda güc nisbəti də müzakirə mövzusudur”, - deyə ekspert bildirib.
Özbəyin sözlərinə görə, Türkiyənin F-35 proqramından çıxarılmasının ABŞ-a da mənfi təsirləri var.
Qeyd edək ki, ABŞ Rusiyadan S-400 zenit-raket komplekslərini aldığını əsas gətirərək Türkiyəyə F-35 qırıcılarını verməkdən imtina edir.