9 Sentyabr 23:45
9 Sentyabr 23:12
“Bu, Azərbaycan–Qazaxıstan əlaqələrinin daha da dərinləşməsinə şərait yaradacaq”
Gənclər təşkilatları üçün 100 min manatadək qrant müsabiqəsi elan edilib
Prezident Qaradağda kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib
Dövlət Agentliyi: Bu il haqsız rəqabətlə bağlı 37 araşdırma aparılıb
17 May 2022 20:35
2 744
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Belarus Respublikasının Kənd Təsərrüfatı və Ərzaq Nazirliyi arasında kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi sahəsində Azərbaycan-Belarus İşçi qrupunun üzvlərinin görüşü keçirilib.
Nazirlikdən verilən məlumata görə, görüşdə Azərbaycan tərəfdən İşçi Qrupun həmsədri, kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov, Belarus tərəfdən İşçi Qrupun həmsədri, Kənd Təsərrüfatı və Ərzaq Nazirinin müavini İvan Smılqinin rəhbərlik etdiyi nümayən heyətləri iştirak ediblər.
Tərəflər Belarus ilə Azərbaycan arasında iqtisadiyyatın bütün sahələrində olduğu kimi kənd təsərrüfatı sahəsində də əlaqələr inkişaf etdiyini vurğulayıb, aqrar sahədə texnologiya transferi və birgə pilot layihələrin həyata keçirilməsi, kənd təsərrüfatı məhsullarının idxal-ixrac dövriyyəsinin artırılması, ölkəmizdə aqrar sahəyə investisiyaların cəlbi, bitkiçilik, toxumçuluq, heyvandarlıq və baytarlıq, kənd təsərrüfatı təhsili, qida təhlükəsizliyi sənayesi sahələrində əməkdaşlıq məsələlərini müzakirə ediblər. Görüşdə qeyd olunub ki, iki ölkə arasında kənd təsərrüfatı sahəsində əlaqələrin genişləndirilməsi üçün böyük potensial mövcuddur.
Görüşün sonunda Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Belarus Respublikasının Kənd Təsərrüfatı və Ərzaq Nazirliyi arasında kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi sahəsində Azərbaycan-Belarus İşçi qrupunun 4 oktyabr 2021-ci ildə keçirilmiş 1-ci iclasının protokolu imzalanıb.