Vaqif Cavadov “Qəbələ”də! Hadisə

Vaqif Cavadov “Qəbələ”də!

Ölkəmizi UEFA Avropa Liqasının qrup mərhələsində təmsil edəcək "Qəbələ" heyətinə daha bir futbolçu cəlb edib. Apasport.az saytının məlumatına görə, "qırmızı-qaralar" millimizin hücumçusu Vaqif Cavadovla anlaşıblar. Ötən mövsümü Türkiyə klubu "Boluspor"da keçirən və yay fasiləsində "Xəzər Lənkəran"a keçən Cavadov orda rəsmi debüt etmədən "Qəbələ"yə keçib. Klublar arasında razılığa görə, 26 yaşlı oyunçu ilin sonuna qədər icarə əsasında "Qəbələ"nin formasını geyinəcək. Qeyd edək ki, Cavadov "Qəbələ"nin yay transfer dövründə heyətinə qatdığı 14-cü futbolçu olub. Ona qədər Andrey Popoviç, Samir Zərgərov, Vadim Abdullayev, Arif Daşdəmirov, Məhəmməd Mirzəbəyov, Asif Məmmədov, Vitali Vernidub, Sergey Zenyov, Aleksey Antonov, Vojislav Stankoviç, George Floresku, Ermin Zets və David Pietrzkeviç şimal klubuna transfer olunub.