13:14
378
HƏMAS "mümkün qədər geniş milli koalisiya" tərkibində Fələstin Qanunvericilik Şurasına seçkilərdə iştirak etməyə hazır olduğunu bəyan edib.
Xalqcebhesi.az-ın məlumatına görə, hərəkatın nümayəndəsi Husam Bədran bildirib ki, təşkilat vahid seçki blokunun formalaşdırılması ilə bağlı digər Fələstin partiyaları və qrupları ilə danışıqlar aparır. O, seçkiləri Fələstinin daxili işlərinin təşkili üçün "ən yaxşı və en doğru yol" adlandırıb və partiyaların iştirakı üçün siyasi şərtlərin irəli sürülməsinə qarşı çıxıb.
Bədranın sözlərinə görə, HƏMAS həmçinin prezident seçkilərinin və Milli Şuraya seçkilərin keçirilməsini dəstəkləyir və vurğulayıb ki, onun üzvləri təyin edilməməlidir.
Məryəm Quliyeva