IV Bakı Təhlükəsizlik Forumu: ümumi mənzərə və mühüm amillər
23 Sentyabr 23:37
23 Sentyabr 23:37
23 Sentyabr 23:29
23 Sentyabr 23:17
25 İyul 2022 10:18
3 143
Şirvanda bıçaqlanma olub.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Trend-ə verilən məlumata görə, iyulun 25-də saat 01:50-də Şirvan şəhər sakini R.Bağırovun bədənin çoxsaylı bıçaq yarası diaqnozu ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına gətirilməsi barədə Şirvan Şəhər Polis Şöbəsinə məlumat daxil olub.
Daxil olmuş məlumatla əlaqədar polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində zərərçəkənə xəsarət yetirən şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Bəxtiyar Alışov qısa zamanda saxlanılaraq polis şöbəsinə gətirilib. O, dindirilmə zamanı R.Bağırova aralarında yaranmış mübahisə zəminində bıçaqla xəsarətlər yetirdiyini bildirib.
Faktla bağlı Şirvan ŞPŞ-nin İstintaq Bölməsində araşdırmalar aparılır.
23 Sentyabr 22:20
616
23 Sentyabr 22:07
637
23 Sentyabr 12:39
854