“Rusiya faktoru Ermənistanın suverenliyinə təhdiddir”
17 Fevral 22:09
17 Fevral 22:09
17 Fevral 21:52
17 Fevral 18:14
17 Fevral 18:11
3 May 2023 11:20
2 492
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi İradə Həsənzadənin 65 illik yubileyi qeyd olunub.
APA xəbər verir ki, bununla bağlı məhkəmədə tədbir keçirilib. Yubileylə bağlı tədbirdə Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri İsmayıl Xəlilov, sədr müavini Şəlalə Həsənova, spiker-hakim Telman Hüseynov və digər hakimlər, məhkəmə aparatı əməkdaşları iştirak edib. Tədbirdə İradə Həsənzadənin səmərəli hakimlik fəaliyyətindən bəhs olunub.
Sədr İsmayıl Xəlilov təbrik nitqində İradə Həsənzadənin şərəfli həyat yolu keçdiyini, hər zaman ədalət prinsipini əsas götürdüyünü deyib. Sədr müavini Şəlalə Həsənova və spiker hakim Telman Hüseynov da İradə Həsənovanın fəaliyyəti barədə fikirlərini bölüşüblər.
Tədbir iştirakçıları İradə Həsənzadəni təbrik edib, arzularını bildiriblər.
İradə Həsənzadə hakimlik fəaliyyətinə 2000-ci ildə başlayıb. O, 2000-2007-ci illərdə Xətai Rayon Məhkəməsinin sədri, 2007-2008-ci illərdə Nizami Rayon Məhkəməsinin hakimi, 2008-2010-cu illərdə Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin hakimi olub. 2011-ci ildən Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimidir.
Spiker-hakim Telman Hüseynov APA-ya açıqlamasında İradə Həsənzadənin icraatında olan sonuncu işləri bitirdikdən sonra yaş həddi ilə bağlı təqaüdə çıxacağını bildirib.
17 Fevral 21:14
1 106
17 Fevral 21:13
1 099
17 Fevral 20:33
1 134