Qarabağda bərpa olunan irs: Azərbaycanın multikultural siyasəti dünya üçün nümunədir
Qida təhlükəsizliyində yeni dövr: rəqəmsal izləmə, beynəlxalq standartlar və sərt nəzarət
Azərbaycan mürəkkəb geosiyasi proseslərdən Zəfərlə çıxmağı bacarıb
Azərbaycançılıq məfkurəsi və azad olunmuş ərazilərdə yeni diplomatik reallıqlar
BRICS sammiti: İnkişaf etməkdə olan iqtisadiyyatlar alternativ qlobal çərçivələr axtarışındadır
24 İyun 2023 10:06
2 562
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Xaçmaz, Bərdə, Göyçay, Ağdam və İsmayıllı rayonları ərazisində ağacların qanunsuz kəsildiyi müəyyən edilib.
Xidmət rəsmisi Bəhruz Məhəmmədov Trend-ə bildirib ki, araşdırma zamanı ağacların Xaçmaz rayonu, Palçıqoba kəndində vətəndaş Zahir Nəcəfov, Bərdə rayonu, Əyricə kəndində Rafiq Məmmədov, Göyçay rayonu, Şıxbəy kəndində Namizəd Kərimov, Ağdam rayonu, Dadaşlı kəndi ərazisində Toğrul Kərimov, İsmayıllı rayonu, Diyallı kəndi ərazisində isə Diyallı bələdiyyəsinin sədri Cahangir Surxayev tərəfindən kəsildiyi məlum olub.
“Faktlarla bağlı akt tərtib edilib, hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib”.
Rəqəmlər, ekspert fikirləri və dövlətin mübarizə mexanizmləri erkən evliliklərlə bağlı hansı mənzərəni ortaya qoyur? - ARAŞDIRMA