BAXCP sədri İstanbulda törədilən terror aksiyasını lənətləyib Hadisə

BAXCP sədri İstanbulda törədilən terror aksiyasını lənətləyib

"Türkiyə-Rusiya münasibətlərinin sağlamlaşdırılması istiqamətində atılan addımlar bizi nə qədər sevindirdisə, Türkiyənin İstanbul şəhərinin Atatürk Hava Limanında baş verən terror aksiyası bizi bir o qədər və daha artıq kədərləndirdi". BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinə açıqlamasında belə deyib. BAXCP sədri terroru lənətlədiyini və bu çətin günlərdə bütün Azərbaycan vətəndaşları kimi qardaş Türk xalqı ilə birlikdə olduğunu vurğulayıb: "Bu amansız cinayət nəticəsində ölənlərin ailələrinə başsağlığı verir, xəsarət alanlara Allahdan şəfa diləyirəm. Ümid edirəm ki, bu terror aksiyasını törədənlər və onların arxasında dayanan qüvvələr tezliklə öz layiqli cəzalarını alacaqlar".