Qərib Məmmədov da təkztb etdi Hadisə

Qərib Məmmədov da təkztb etdi

"Azərbaycanın öz ərazisindən İrana 44 metr verməsi haqda xəbərlər əsassızdır"

İran mətbuatında Azərbaycanın sərhəd hissəsindən 44 metr ərazinin rəsmi Tehranın sərəncamına verilməsi barədə yayılan xəbərlərə aydınlıq gətirilib.
APA-nın xəbərinə görə, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov jurnalistlərə açıqlamasında deyib ki, yayılan xəbərlər əsassızdır.
Onun sözlərinə görə, hazırda Azərbaycanla (Ordubad) İran (Mazarad) arasında su elektrik stansiyasının tikilməsi ilə bağlı məsələyə baxılır: "Mənim müavinim bu yaxınlarda İranda olub. Orada sərhədlərdən 44 metr alınıb-verilməsi söhbəti yoxdur. Sadəcə, iki ölkə arasında su elektrik stansiyasının tikilməsi üçün torpaq sahəsinin ayrılması və bunun üçün sərhəd məsələsinə baxılır. Bununla bağlı sərhədlərdə heç bir dəyişiklik olmayacaq. Bizim tərəfdə Ordubad, İran tərəfdə isə Mazarad ərazisində su elektrik stansiyası tikiləcək".